Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 mlrd. dollar köçürülüb

Son 10 ildə Dövlət Neft Fondundan 76 mlrd. dollar transfert etmişik və bu, olmasaydı Azərbaycan risklərlə üzləşə bilərdi. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Son 10 ildə Dövlət Neft Fondundan 76 mlrd. dollar transfert etmişik və bu, olmasaydı Azərbaycan risklərlə üzləşə bilərdi. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O, bildirib ki, 2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir. Ölkədə borcalma strategiyası hazırlanıb. Kommersiya banklarına inam artırılmalıdır, banklarla əhali arasında konsensus yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31