Hesablama Palatası büdcə rəyini təqdim edib
"2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib, layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib".
21 Noyabr 2017 14:15 İqtisadiyyat"2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib, layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, mədaxil mənbələri üzrə gəlirlərin məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.3-cü maddəyə uyğun olaraq qanun layihəsinin 2-ci maddəsində mədaxil mənbələri üzrə gəlirlərin proqnozlaşdırılmış məbləği göstərilib.