Daşınmaz əmlak alanlara gözaydınlığı
15 May 2016 15:46 İqtisadiyyatAzərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Manatla qiymətlərdə 3.59 faiz, ABŞ dolları üzrə isə 0,52 faiz azalma müşahidə olunur.
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb [dollarla 1.02 faiz artım] . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb [dollarla 1,71 faiz artım].
Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə - 6.23 faiz enib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31