“Neft Daşları” yatağında daha bir quyu istismara verilib
12 May 2016 13:46 İqtisadiyyatÖlkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2295-2276 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31