SOCAR 10 illik kompleks inkişaf planını hazırlayıb
11 May 2016 17:37 İqtisadiyyatSOCAR 2025-ci ilədək kompleks inkişaf planını hazırlayıb. Trend bildirir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Caspian European Club"un iştirakçıları ilə keçirilən biznes-forumda deyib. Onun sözlərinə görə, inkişaf planının əsas istiqaməti hazırda reallaşdırılan qaz layihələridir: "Neft emalı və neft kimyası prosesinə də böyük diqqət ayrılıb". T.Qəhrəmanov qeyd edib ki, plan PWC beynəlxalq auditor şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31