İdman

Vengerə ağır cəza verilə bilər

23 Yanvar 2017 14:46

"Arsenal"ın baş məşqçisi Arsen Venger ağır cəza verilə bilər. İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində fransalı mütəxəssis futbolçusu Qranit Xakaya qırmızı vərəqə verilməsinə və qapılarına penalti təyin edilməsinə sərt şəkildə etiraz edib. Bundan sonra görüşün baş hakimi Con Moss Vengeri tribunaya göndərib.

"Bayer" braziliyalı futbolçuya görə rədd cavabı aldı

23 Yanvar 2017 13:25

"Bayer Munix" braziliyalı yarımmüdafiəçi Vitinyonun xidmətlərində maraqlıdır.  Mühen klubu futbolçuya görə "Palmeiras"a 5 milyon avro təklif etsə də, rədd cavabı alıb. Vitinyo "Bavariya"nın sabiq çalışdırıcısı Xosep Qvardiolanın da maraq dairəsində idi. Onun "Palmeiras"la müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub.  Goal.az

Runi dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər

23 Yanvar 2017 11:34

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ueyn Runi karyerasını Çində davam etdirə bilər. Adı açıqlanmayan Çin klubu 31 yaşlı hücumçunun xidmətində maraqlıdır. Runi təklifi qəbul edəcəyi təqdirdə, qonşu qitədə həftəsinə təxminən 1.15 milyon avro qazanacaq. Futbolçunun indiki gəliri həftədə 345 min avro civarındadır. Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Runi mövsümün sonunda Çinə üz tutacaq. Bu halda o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq və həftəsinə 710 min avro qazanan Karlos Tevesi qabaqlayacaq.

"Azərbaycan klublarına qalib gələcəyimiz haqda iddia cəfəngiyatdı"

23 Yanvar 2017 11:27

Polşa klubları avrokuboklarda Qazaxıstan təmsilçisi ilə qarşılaşanda bəziləri elə bilir ki, komandamız rəqibini yıxıb-sürüyəcək. Amma bunu düşünəndə çox yanılırıq. Bu sözləri Qazaxıstanın "Atırau" klubunun futbolçusuPrjemislav Ttitko deyib.

Qvardiola futbolçularını kinoya apardı

19 Yanvar 2017 19:40

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Tottenhem"la oyundan əvvəl futbolçularla birlikdə kinoya gedib.  46 yaşı tamam olan məşqçi və yetirmələri "La-La Land" kinosunu izləyiblər. "Siti" səfərdə "Suonse"ni 3:1 məğlub etmişdi. Qvardiolanın fikrinə görə, bu tipli təcrübələr komanda ruhunu möhkəmləndirir.  Bu barədə Milli.az "manchestereveningnews"a istinadla xəbər verir.

"Qurban Qurbanovun dediyi ağ yalandır"

19 Yanvar 2017 11:52

Ötən mövsümün sonu "Qarabağ"dan ayrılan isveçli hücumçu Samuel Armenterosun gedişi indiyə qədər müəmmalı qalıb. "Anderlext" və "Feyenoord" kimi komandalarda oynamış forvard qəflətən Ağdam klubunu tərk etmişdi. 

Qurban Qurbanov İstanbul nəhənglərinə dəvət göndərdi

18 Yanvar 2017 16:06

Antalyada toplanışda olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Yığmamız "Böyük Dəbilqə"yə 7 idmançı ilə yollanacaq

18 Yanvar 2017 12:39

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 2017-ci ilin ilk "Böyük Dəbilqə" turnirinə 7 idmançı ilə yollanacaq. Fevralın 11-dən 12-dək Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar. Yarışda ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.  Goal.az

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib 

18 Yanvar 2017 12:08

Bakı şəhərindəki 167 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançısını 10:0 hesabı ilə məğlub edərək I yerin sahibi olub.

“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi

17 Yanvar 2017 15:09

"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər. Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır. Söhbət "Barselona" və "Atletiko"dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Öz növbəsində "Barselona" da Kostanı transfer etmək istəyindədir. "Çelsi" rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib. Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.

Qvardiolaya 285 milyonluq dəstək

17 Yanvar 2017 12:32

"Mançester Siti" rəh"Mançester Siti" rəhbərliyi son vaxtlar tənqid hədəfinə çevrilən Xosep Qvardiola ilə yolları ayırmaq fikrində deyil.  "Şəhərlilər"in sahibi Şeyx Mənsur ispan çalışdırıcıya dəstək olub və yayda heyətin gücləndirilməsinə qərar verib.bərliyi son vaxtlar tənqid hədəfinə çevrilən Xosep Qvardiola ilə yolları ayırmaq fikrində deyil.

"Bavariya"da yeni müqavilə

16 Yanvar 2017 19:19

Aryen Robben "Bayern Munich"lə müqaviləsinin müddətini uzadıb. 32 yaşlı holland 2018-ci il iyunun 30-na kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb. Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur. 8 il ərzində o, 5 dəfə Almaniya çempionu olub. 2013-cü ildə Çempionlar Liqasının finalında həlledici qolu vurmaqla komandasına bu titulu qazandırmışdı.  Goal.az

Təbriz Həsənov da qələbə görərmiş...

16 Yanvar 2017 12:18

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan millisi qələbə həsrətinə son qoyub. Apasport.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda görüşdə İrana 1:0 hesabı ilə qalıb gələn komandamız 5 oyunluq seriyanı qırıb.