Güləşçilərimiz Rusiyada Qran Pri yarışlarına qatılıb
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Güləş Federasiyasından daxil olub. Bildirilib ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edir. İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyeva ilə qarşılaşacaq. İlk yarış gününün final görüşləri yerli vaxtla saat 19:00-da başlayacaq
27 Yanvar 2017 17:50 İdmanRusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Güləş Federasiyasından daxil olub. Bildirilib ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edir. İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyeva ilə qarşılaşacaq. İlk yarış gününün final görüşləri yerli vaxtla saat 19:00-da başlayacaq.