Ata-bala "Milan"da bir araya gəlirlər

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır. Argentinalı mütəxəssis karyerasını İtaliyada davam etdirə bilər. Çünki "Milan" klubu onun xidmətində maraqlıdır. "Rossonyerlər" hazırkı çalışdırıcı Vinçentso Montellanın yerinə ən real namizəd sayılan Simeone ilə danışıqlara başlayıb. İtaliya təmsilçisi hətta Simeoneni razı salmaq üçün onun "Cenoa"dakı oğlu Covanni Simeoneni də transfer etməyə hazır olduğunu bildirib.

 Qeyd edək ki, Covanni Simeone bu mövsüm "Cenoa"nın heyətində keçirdiyi 20 oyunda 9 qola imza atıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31