"Neftçi"dən növbəti transfer
Qış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və bunun nəticəsi kimi heyətini yeniləyən "Neftçi" sonuncu transferinə hazırlaşır.
26 Yanvar 2017 18:40 İdmanQış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və bunun nəticəsi kimi heyətini yeniləyən "Neftçi" sonuncu transferinə hazırlaşır. Bu, Nemanya Kojiçdir. "Neftçi" rəhbərliyi hazırda 26 yaşlı hücumçu ilə danışıqları davam etdirir. Razılıq əldə olunacağı halda, tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.
Qeyd edək ki, Kojiçin son iş yeri Türkiyənin "Qaziantep BB" klubu olub. O, qardaş ölkə klubu ilə meydana çıxdığı 45 qarşılaşmada 12 qol vurub. Bundan başqa, serbiyalı forvard ölkəsində "Rad" və "Partizan" klublarının şərəfini qoruyub. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31