"Napoli"nin rəqibi "Yuventus" oldu

İtaliya Kubokunda daha bir yarımfinalçı bəlli olub. 1/4 final mərhələsində "Milan"ı qəbul edən "Yuventus" azarkeşlərini sevindirib. Belə ki, qarşılaşma "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarına 10-cu dəqiqədə Dibala, 21-ci dəqiqədə isə Pyaniç imza atıblar. "Milan" 53-cü dəqiqədə Bakka ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Bu qələbə sayəsində "Yuventus" yarımfinalda "Napoli"yə rəqib olub.

Qeyd edək ki, digər yarımfinalçıların adlarına isə yanvarın 31-də keçiriləcək "İnter" - "Latsio" və fevralın 1-də baş tutacaq "Roma" - "Çezena" matçından sonra aydınlıq gələcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31