İdman

Avroliqanın finalı Türkiyədə keçirilə bilər

26 Yanvar 2017 18:57

Avropa Liqasının final qarşılaşması Türkiyədə oynanıla bilər.  Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

"Neftçi"dən növbəti transfer

26 Yanvar 2017 18:40

Qış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və bunun nəticəsi kimi heyətini yeniləyən "Neftçi" sonuncu transferinə hazırlaşır.

İvanoviç "Çelsi"dən gedir

26 Yanvar 2017 17:59

"Çelsi"nin serbiyalı müdafiəçisi Branislav İvanoviç yaxın günlərdə "Çelsi"yə keçəcək.  32 yaşlı futbolçu Peterburq klubu ilə 2019-cu ilin yayına kimi müqavilə imzalayacaq. "Zenit"də İvanoviçin məvacibi 5 milyon avro təşkil edəcək. İvanoviç 2006-08-ci illərdə "Lokomotiv"in şərəfini qorumuşdu.

"Azərbaycanla Kosovanın eyni qrupa düşməsi böyük müzakirə obyektinə çevrilə bilər"

26 Yanvar 2017 16:10

AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.

"Napoli"nin rəqibi "Yuventus" oldu

26 Yanvar 2017 13:44

İtaliya Kubokunda daha bir yarımfinalçı bəlli olub. 1/4 final mərhələsində "Milan"ı qəbul edən "Yuventus" azarkeşlərini sevindirib. Belə ki, qarşılaşma "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarına 10-cu dəqiqədə Dibala, 21-ci dəqiqədə isə Pyaniç imza atıblar. "Milan" 53-cü dəqiqədə Bakka ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Bu qələbə sayəsində "Yuventus" yarımfinalda "Napoli"yə rəqib olub.

Qaret Beylə fantastik təklif

25 Yanvar 2017 19:00

Madrid "Real"ının futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Premyer Liqanın iki klubu uelsli yarımmüdafiəçi ilə maraqlanır. Söhbət "Mançester Yunayted" və "Çelsi"dən gedir. Hər iki klub  Beyli heyətinə qatmaqda israrlıdır və bu keçidin qarşılığında "Real"a 200 milyon avro ödəməyə hazırdır. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu "Mançester Yunayted" və ya "Çelsi"yə keçsə, Pol Poqbanı qabaqlayaraq, futbol tarixinin ən bahalı transferi olacaq. Beyl "Dumanlı Albion"a qayıtmaqla İngiltərədə rekord məvacib - həftədə 400 min avro ala bilər.

""Mançester Yunayted"ə rəhbərlik etmək orada oynamaq qədər çətin işdir"

25 Yanvar 2017 18:57

"Mançester Yunayted"in sabiq baş məşqçisi ser Aleks Fergüson komandanın hazırkı durumu barədə danışıb. Əfsanəvi mütəxəssis "qırmızı şeytanlar"ın bir ara heç-heçə sindromuna tutulmasının turnir cədvəlindəki yerinə ciddi təsir göstərdiyini vurğulayıb.

Yığmamıza yeni məşqçi təyin olundu

25 Yanvar 2017 18:50

Azərbayca taekvondo yığmasına yeni məşqçi təyin olunub. Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin qərarına əsasən, Rəşad Asif oğlu Əhmədov taekvondo üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub.

Prosineçkinin "Bursaspor"a gedib-getməyəcəyi DƏQİQLƏŞDİ

25 Yanvar 2017 17:49

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunun sükanı arxasına keçidi reallaşmayıb.  Bakıda xorvatiyalı mütəxəssislə danışıqlar aparmaq üçün səfərdə olan klubun futbol şöbəsinin müdiri Yüksel Çolak açıqlama verib.

Endirim kampaniyasının başa çatmasına bir həftə qalıb

25 Yanvar 2017 15:38

Bu ilin 23-25 iyun tarixlərində Bakıda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi biletlərinin 30 %-dək endirimli qiymətlərlə satışına dair davam edən kampaniya bir həftə sonra - yanvarın 31-də başa çatacaq.

AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

25 Yanvar 2017 13:52

İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb. 

Demba Ba "Beşiktaş"a qayıdır?

24 Yanvar 2017 19:09

"Beşiktaş" Demba Banı geri qaytarmağa hazırlaşır.  "Qara qartallar" seneqallı forvardı mövsümün sonuna kimi icarəyə götürmək istəyir. 6 ay ərzində futbolçuya 1.25 milyon avro məvacib ödəniləcək. "Beşiktaş" Banı 13 milyon avroya "Shanghai Shenhua" klubuna satmışdı.  Goal.az

"Messini hakimlər, media, reqlament qoruyur"

24 Yanvar 2017 15:43

Hollandiya millisinin sabiq futbolçusu Rud Qullit Lionel Messi və Maradonanı müqayisə edib.  Qullit bunları deyib: "Maradona təkcə böyük futbolçu deyildi, həm də meydanda lider idi. O, müstəqil şəkildə necə qalib gəlməyin yolunu bilirdi. 1986-cı il dünya çempionatında etdiyi kimi. Messini görəndə onun böyük futbolçu olduğuna şübhə etmirəm. Amma onu hakimlər, media, reqlament qoruyur. Messinin oyunu driblinqlə məhdudlaşır. Maradona isə hər şeyi edirdi. Hətta ehtiyatlı olmalıydı ki, rəqiblər onun hər iki ayağını sındırmasınlar". Goal.az

Robert Prosineçki millidən gedir?

23 Yanvar 2017 19:02

Hamza Hamzaoğlu ilə yollarını ayıran ayıran "Bursaspor"un sürpriz bir məşqçi ilə anlaşdığı məlum olub. Bu Azərbaycan millisinin hazırki çalışdırıcısı Robert Prosineçkidir. Türkiyə mediasının məlumatına görə, xorvatiyalı mütəxəsis "timsahlar"la 2019-cu ilin yayına kimi müqavilə imzalayacaq. Onun yaxın günlərdə Bursaya gedəcəyi bildirilir. Prosineçki daha öncə Türkiyədə "Kayseripsor"un sükanı arxasında olub.  Bu barədə Goal.az "Hürriyet" nəşrinə istinadən xəbər verir.

Vengerə ağır cəza verilə bilər

23 Yanvar 2017 14:46

"Arsenal"ın baş məşqçisi Arsen Venger ağır cəza verilə bilər. İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində fransalı mütəxəssis futbolçusu Qranit Xakaya qırmızı vərəqə verilməsinə və qapılarına penalti təyin edilməsinə sərt şəkildə etiraz edib. Bundan sonra görüşün baş hakimi Con Moss Vengeri tribunaya göndərib.