"Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin"
"Borussiya Dortmund"un rəhbərliyi Pyer-Emerik Obameyanqın Fransa radiosuna son açıqlamasından narazı qalıb. Qabonlu hücumçu yayda klubunu dəyişmək istədiyini və arzusunun "Real"da oynamaq olduğunu söyləmişdi.
2 Fevral 2017 12:35 İdman"Borussiya Dortmund"un rəhbərliyi Pyer-Emerik Obameyanqın Fransa radiosuna son açıqlamasından narazı qalıb. Qabonlu hücumçu yayda klubunu dəyişmək istədiyini və arzusunun "Real"da oynamaq olduğunu söyləmişdi. Dortmund klubunun idman direktoru onun fikirlərinə belə münasibət bildirib:
"Obameyanqla bu yaxınlarda söhbət etmişik. Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin və diqqətini Çempionlar Liqasına vəsiqə imkanı verən yerləri tutmağa yönəltsin. Əlbəttə, münasibətimiz yaxşıdır. Amma düzgün nəticə çıxarmaq lazımdır. Hazırda diqqəti "Borussiya"nın qarşısındakı məqsədlərə cəmləşdirmək tələb olunur". Goal.az