Adebayor Türkiyə klubuna keçdi

Tanınmış futbolçu Emmanuel Adebayorun klubsuz günləri başa çatıb. Toqolu hücumçu karyerasını bu ölkədə davam etdirəcək.

"Kristal Pelas"dan ayrıldıqdan sonra bu mövsüm futboldan uzaq düşən 33 yaşlı forvard "Başakşəhər"lə anlaşıb. Bir neçə gün əvvəl "Beşiktaş"ın təklifini rədd edən və karyerasını İngiltərədə davam etdirmək istəyən Adebayor Premyer Liqa klublarından təklif almayınca, transfer dönəminin son günündə "Başakşəhər"ə "hə" deməli olub.
 
Ulduz futbolçu azad agent statusu daşıdığından, bu keçid İstanbul təmsilçisinə havayı başa gəlib. Adebayor yeni komandası ilə artıq 1,5 illik müqaviləyə qol çəkib.
 
Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində "Monako", "Arsenal", "Mançester Siti", "Real" və "Tottenhem" kimi nəhəng klubların formasını geyinib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31