İsmayıllı İdman Olimpiya Kompleksi 53 Kompleks arasında birinci oldu

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016 –cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib, “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat Rayon İcra Hakimiyyətindən verilib. Bildirilib ki, kompleks “Zəfər” Beynəlxalq idman mükafatına layiq görüb. Fəxri fərmanı nazir Azad Rəhimov, Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu imzalayıblar. Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksi 53 Olimpiya İdman Kompleksi sırasında birinci yer tutub.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və "Sportsman" jurnalı 2016 -cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya İdman Kompleksini "İlin Olimpiya Kompleksi" elan edib, "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat Rayon İcra Hakimiyyətindən verilib. Bildirilib ki, kompleks "Zəfər" Beynəlxalq idman mükafatına layiq görüb. Fəxri fərmanı nazir Azad Rəhimov, Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu imzalayıblar. Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksi 53 Olimpiya İdman Kompleksi sırasında birinci yer tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31