Bakı şəhər birinciliyi keçirilib

Respublika Şahmat Mərkəzində 2003 – 2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, yarışda 61 nəfər idmançı iştirak edib.

Respublika Şahmat Mərkəzində 2003 - 2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, yarışda 61 nəfər idmançı iştirak edib. Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator - kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulaçışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31