İdman

"Qarabağ" "Amkar"ın futbolçusunu geri göndərdi

16 Yanvar 2017 12:16

"Qarabağ"da baxışda olan Rusiyanın "Amkar" klubunun futbolçusu Rinat Hüseynov komandanın düşərgəsini tərk edib.  Bu barədə məlumat klubun saytında yerləşdirilib. "Futbolçunun hazırlığı qənaətbəxş olmadığına görə yollar ayrılıb və Hüseynov komandamızın düşərgəsini tərk edib", - deyə məlumatda qeyd olunur. Goal.az

"Mançester Yunayted" Fransa klubuna rədd cavabı verdi

13 Yanvar 2017 18:50

"Mançester Yunayted" Memfis Depayı "Lyon"a satmaqdan imtina edib. Fransa klubu 22 yaşlı havbekə görə 13 milyon funt təklif etsə də, "mankunianlar" rədd cavabı veriblər. Depayın adı "Fənərbağça", "Milan" və "Nice" ilə də hallanırdı.  Goal.az

Pepe qərarını dəyişdi

13 Yanvar 2017 18:40

"Real"ın futbolçusu Pepe qərarını dəyişib. Portuqaliyalı müdafiəçi Madrid klubunun 1 illik müqavilənin müddətini uzatmaq təklifini qəbul edib.

Ronaldu komanda yoldaşını "Çelsi"yə keçməyə qoymadı

13 Yanvar 2017 15:31

Xames Rodriges bir neçə klubun maraq dairəsinə düşmüşdü. Bir neçə gün öncə kolumbiyalı yarımmüdafiəçi "Real"da qalacağını açıqladı. "El Confidential"ın məlumatına görə, Xamesin rədd etdiyi klublardan biri "Çelsi" olub. Onun "zadəganlar"ın əlverişli təklifinə "yox" deməsində Kriştianu Ronaldunun böyük rolu olub. Vaxtilə "Manchester United"in şərəfini qorumuş portuqaliyalı ulduz komanda yoldaşını London klubuna keçmək fikrindən daşındırıb. Baş məşqçi Zinəddin Zidanla söhbətdən sonra isə 25 yaşlı havbek "Real"da qalmağa qərar verib.  Goal.az

UEFA Azərbaycan Premyer Liqası klublarının gəlir və itkilərini açıqlayıb

13 Yanvar 2017 14:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə çıxış etmiş klublar həmin maliyyə ilində 40 milyon avro gəlir əldə ediblər. 

Türkiyə klubu Reynaldo xəbərini təsdiqlədi

13 Yanvar 2017 13:18

Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor"un "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istədiyi barədə xəbərlər öz təsdiqini tapıb.

"Qəbələ" "Antalyaspor"la bacarmadı

13 Yanvar 2017 13:12

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib.  "Qırmızı-qaralar" "Antalyaspor"un U-19 komandası ilə görüşdə qüvvəsini sınayıb. 

"Qalatasaray" ikinci transferi reallaşdırdı

12 Yanvar 2017 19:00

"Qalatasaray" ikinci transferi həyata keçirib. "Cim-bom" "Genclerbirliyi"nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib. Klublar arasında aparılan uzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. "Genclerbirliyi"nin prezidenti İlhan Cavcav əvvəlcə 5 milyon avro tələb etsə də, sonda bu keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verməli olub. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən "Qalatasaray"ın futbolçusu kimi təqdim olunması gözlənilir.

"Onu hazırda dünyanın ən yaxşı müdafiəçisi hesab edirəm"

12 Yanvar 2017 18:44

"Arsenal" fransalı futbolçuları ilə yeni müqavilə imzalayıb. söhbət Olivye Jiru, Loran Kosilni və Fransis Koklendən gedir. "Topçular"ın rəsmi saytı müqavilənin detallarını açıqlamasa da, baş məşqçi Arsen Venqer trionun uzun müddət klubda qalacağını açıqlayıb.

"Çelsi" London merindən razılıq aldı

12 Yanvar 2017 16:55

"Çelsi" Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge" stadionunda rekonstruksiya işlərinin aparılması üçün icazə alıb.

Ramil Şeydayev Çexiya klubuna keçir

12 Yanvar 2017 16:20

"Trabzonspor"da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədi. Qrşıdakı günlərdə millimizin üzvünün yeni klubu bəlli olacaq.

Avropanın "ən yaşlı" liqaları məlum oldu

12 Yanvar 2017 16:14

Avropaya daxil olan ölkələrin çempionatlarda orta yaş göstəricisi açıqlanıb.  Rusiya və Türkiyə liqaları 27.1 il göstəricisi ilə ilk pillədə qərarlaşıb. Dünyada 3 çempionatda orta yaş göstəricisi bundan daha yüksəkdir. Bunlar Qətər (27.2), Filippin (27.3) və Tayland (27.5) çempionatlarıdır. Avropanın ən cavan liqası Hollandiya çempionatının 2-ci divizionudur - 23.1 il. Goal.az

"Premyer Liqada istənilən rəqibi məğlub etmək olar"

12 Yanvar 2017 16:13

Fransa millisinin sabiq futbolçusu Klod Makelele "Suonse"də Pol Klementin köməkçisi kimi çalışacaq.  Dünya və Avropa çempionu təyinatından sonra Uels klubunun rəsmi saytına bunları deyib: "Pol mənə çox şey öyrədib.

"Messi olsa belə, "Neftçi"də sevilməyəcək"

12 Yanvar 2017 15:33

Ruslan Abışovun transferinə qarşıyıq. Onu yenidən "Neftçi"nin formasında görmək istəmirik.