"Barselona" braziliyalı ilə 5 illik müqavilə bağladı

"Barselona" rəhbərliyi braziliyalı futbolçu Marlon Santosla əməkdaşlığı uzun müddətə davam etdirmək qərarına gəlib. Kataloniyalılar keçən il icarəyə götürdükləri müdafiəçinin transfer hüququnu birdəfəlik alıblar. Bunun üçün "Fluminense" klubuna 2 milyon avro ödəniləcək. 21 yaşlı "sambaçı" "Barselona" ilə 5 illik müqavilə imzalayıb. "Barselona"nın 2016-cı ildə cəlb etdiyi Marlon əvəzedici komandanın formasını geyinib. Əsas komandada rəsmi oyuna çıxmayan futbolçu "Barselona B"də 9 matçda iştirak edib.
 Qeyd edək ki, Marlon Braziliyanın U-20 yığmasının da üzvüdür.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31