""Mançester Yunayted"ə rəhbərlik etmək orada oynamaq qədər çətin işdir"

"Mançester Yunayted"in sabiq baş məşqçisi ser Aleks Fergüson komandanın hazırkı durumu barədə danışıb. Əfsanəvi mütəxəssis "qırmızı şeytanlar"ın bir ara heç-heçə sindromuna tutulmasının turnir cədvəlindəki yerinə ciddi təsir göstərdiyini vurğulayıb.

"Komanda baş məşqçinin güzgüsüdür. "Yunayted" enerjili, əzmkar oynayır, qələbə ruhu göstərir. Bunların əhəmiyyəti böyükdür. Heç-heçələr olmasaydı, onlar "Çelsi" ilə ilk pillə uğrunda mübarizə apara bilərdilər. Mourinyo bunu həzm etməlidir. Fikrimcə, komandanın inkişafından razıdır. Joze işinin öhdəsindən yaxşı gəlir. "Mançester Yunayted"ə rəhbərlik etmək orada oynamaq qədər çətin işdir. Mənim qurduğum sistemə alışmış komandanı dəyişdirmək asan deyil. Belə görünür ki, Mourinyo qətiyyətlə işə girişib. Lakin bəzi oyunlarda onların bəxti də gətirmir. 6 heç-heçə başa çatan oyun var ki, "Yunayted" qələbəyə daha layiq idi". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31