Qaret Beylə fantastik təklif

Madrid "Real"ının futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Premyer Liqanın iki klubu uelsli yarımmüdafiəçi ilə maraqlanır. Söhbət "Mançester Yunayted" və "Çelsi"dən gedir. Hər iki klub  Beyli heyətinə qatmaqda israrlıdır və bu keçidin qarşılığında "Real"a 200 milyon avro ödəməyə hazırdır. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu "Mançester Yunayted" və ya "Çelsi"yə keçsə, Pol Poqbanı qabaqlayaraq, futbol tarixinin ən bahalı transferi olacaq. Beyl "Dumanlı Albion"a qayıtmaqla İngiltərədə rekord məvacib - həftədə 400 min avro ala bilər.

Qeyd edək ki, karyerası ərzində "Sauthempton" və "Tottenhem" klublarının da formasını geyinmiş Qaret Beyl 2013-cü ildən "Real"ın uğurları üçün çalışır.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31