AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb
İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb.
25 Yanvar 2017 13:52 İdmanİsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb. İki gün davam edəcək tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev təmsil edəcək.
Dəyirmi masaya Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələri qatılacaq. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31