"Azərbaycan klublarına qalib gələcəyimiz haqda iddia cəfəngiyatdı"

Polşa klubları avrokuboklarda Qazaxıstan təmsilçisi ilə qarşılaşanda bəziləri elə bilir ki, komandamız rəqibini yıxıb-sürüyəcək. Amma bunu düşünəndə çox yanılırıq. Bu sözləri Qazaxıstanın "Atırau" klubunun futbolçusuPrjemislav Ttitko deyib.

Polşa yığmasının sabiq hücumçusu vətənində verdiyi müsahibədə legioner həyatı yaşadığı Qazaxıstan, həmçinin Azərbaycan və Gürcüstanın klublarının səviyyəsindən danışıb. O bildirib ki, Polşa klubları heç də adıçəkilən ölkələrdəkindən güclü deyil: "Çünki rəqib də Polşa klubuna düşməsinə sevinir ki, mərhələ adlaya bilər. Azərbaycan və Gürcüstan klublarına qalib gələcəyimiz haqda iddia yalnız bizim fikrimiz, bir sözlə cəfəngiyatdır. Bu komandalardan heç biri öncədən qarşımızda yıxılmayacaq. Polşa klublarının nəticələrinə baxın. Bizim digərlərindən üstün olduğumuz görünmür".
 
Qeyd edək ki, Trıtko Almaniyada "Enerji" və "Karl Seys", Polşada "Korona", "Arka", "Yagelloniya", "Poloniya"da çıxış edib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31