"İnyesta Harri Potterdir, möcüzə yaradır"
"Düzdür, Denis Suares İnyestanı əvəz edə bilər. Amma bunun üçün inkişaf etməlidir". Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrikedeyib. Kataloniyalıların çalışdırıcısı İspaniya Kubokunun 1/4 final mərhələsinin "Real Sosyedad"la cavab matçında 2 qola imza atan Denis Suares barədə danışıb.
27 Yanvar 2017 12:36 İdman"Düzdür, Denis Suares İnyestanı əvəz edə bilər. Amma bunun üçün inkişaf etməlidir". Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrikedeyib. Kataloniyalıların çalışdırıcısı İspaniya Kubokunun 1/4 final mərhələsinin "Real Sosyedad"la cavab matçında 2 qola imza atan Denis Suares barədə danışıb. Suaresin İnyestanı əvəzləmək potensialından danışan məşqçi Andresi film qəhrəmanına bənzədib: "Dediyim kimi, Suares inkişaf etsə, İnyestanı əvəzləyə bilər. Amma Andres Harri Potterdir, o, möcüzə yaradır. Onun kimi ikinci futbolçunu tapmaq çətindir. Buna rəğmən, ümid edirəm ki, Denis onun layiqli əvəzləyici olacaq. Sadəcə, daha effektli olmalıdır. O, topla yaxşı rəftar etməyi bacarmaqla yanaşı, topsuz da meydanda əla davranır". Apasport.az