Crossfit artıq paytaxt Bakımızda
30 Yanvar 2017 12:44 İdmanDünyada məşhur olan crossfit (krossfit) idman növü artıq paytaxt Bakımızda yerləşən "cross and gym" funksional mərkəzində fəaliyyətə başlayıb. Crossfit nədir? Daim dəyişən, yüksək intensivli funksional hərəkətlərin üzərində qurulmuş fitnes növüdü. Proqramda günün məşqi ( Workout of the Day) adlanan hərəkətlər komplekslərindən ibarətdi. Crossfit əsasən qruplar şəklində təşkil olunur və nəticədə yekdil komandanın yaradılmasına və idmançıların motivasiyasında səbəb olur. Bu idman növündə həyata keçirilən hərəkətlər ağır atletika, yüngül atletika və gimnastika idman növlərinin kombinasiyasıdı.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən bu idman zalında qadınlara, kişilərə və uşaqlara fərqli proqramlar təklif olunur. Həmçinin qeyd edek ki, idman mərkəzində daimi müştərilər üçün endirimli paketler movcuddu.