İdman
"Atletiko Madrid"in fransız futbolçusu HƏBS OLUNDU
İspaniyanın "Atletiko Madrid" klubunda forma geyən fransız futbolçu Lukas Hernandez sevgilisini döydüyü iddiasıyla nəzarətə alınıb. Səhərə yaxın Hernandez paytaxt Madrid yaxınlığındakı Las Rozas mahalındakı evinə gələn polislər tərəfindən tutulub.
Çalhanoğlu: "Atam səhv etdiyini bilir"
Türkiyənin "Trabzonspor" klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.
Useyn Bolt karyerasını bitirirəcəyi vaxtı açıqladı
8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək. Yamaykalı atlet 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçılarından gələn dəvəti qəbul etməyib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək".
"Neftçi"də ispan hücumçu
"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.
AFFA 80 yaşı tamamlanan futbol veteranını təbrik edib
Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, "Sumqayıt" klubunun Müşahidə Şurasının üzvüTelman Salahovun 80 yaşı tamam olur.
"Milan"da növbəti zədə
Son oyunlarda uğursuz nəticələr göstərən "Milan"da daha bir futbolçu zədə səbəbindən sıradan çıxıb. 29 yaşlı müdafiəçi Luka Antonelli fevralın 1-də baş tutan məşqdə zədələnib və "Sampdoria" ilə oyunu, böyük ehtimalla buraxacaq. "Rossoneri"nin "zədə palatası"nda Cakomo Bonaventura, Mattia De Şilyo və Davide Kalabriya da var. Vinçenzo Montellanın sərəncamında qalan yeganə sol cinah müdafiəçisi Lionel Vancionidir.
Ulduz futbolçu karyerasını bitirdi
İngiltərə futbolunun əfsanələrindən daha biri futbolla vidalaşdı. -a istinadən xəbər verir ki, uzun müddət "Çelsi"nın kapitanı olan Frenk Lempard 38 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “02-Fevral Azərbaycan Gəncləri günü”nün qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına uyğun olaraq rayon Gənclər evində Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turnirinə start verilib.
"Borussiya" Obameyanqa əvəzləyici tapdı
"Borussiya" rəhbərliyi yayda komandadan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanqa əvəzləyici axtarışına çıxıb. Dortmund təmsilçisi diqqətini İspaniyaya yönəldib.
Ramil Şeydayev ən zəiflər arasında
Türkiyə Superliqasının ilk dövrəsində forma geyinən 1996-cı il təvəllüdlü və ondan aşağı yaşlı futbolçuların siyahısını açıqlayıb.
"Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin"
"Borussiya Dortmund"un rəhbərliyi Pyer-Emerik Obameyanqın Fransa radiosuna son açıqlamasından narazı qalıb. Qabonlu hücumçu yayda klubunu dəyişmək istədiyini və arzusunun "Real"da oynamaq olduğunu söyləmişdi.
Azad Rəhimov: "Builki Formula 1-ə daha çox azarkeş qatılacaq"
"Bu il "Formula 1" oyunları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək". Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Formula 1 ilə bağlı son durum - 40-dan çox ölkədən bilet alınıb
"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 40-dan çox ölkədən yarışlara biletlər alınıb".
Rəşad Sadıqova yeni vəzifə verildi
İngiltərə klubu italyan hücumçu aldı
İtaliyalı hücumçu Manolo Qabbyadini karyerasını Premyer Liqada davam etdirəcək. 25 yaşlı forvard "Southampton"a transfer olunub. Tərəflər 4.5 illik müqavilə imzalayıb. Transferin dəyəri açıqlanmır. İngiltərə mətbuatının məlumatına görə, "Napoli" bu transferdən 17 milyon avro qazanıb. Futbolçunun çıxışından asılı olaraq 3.5 milyon avro bonus kimi Neapol klubunun hesabına köçürülə bilər.














