Tanınmış futbolçu vəfat etdi

Ukraynanın "Şaxtyor" (Donetsk) və "Dinamo" (Kiyev) klublarının keçmiş qapıçısı Viktor Çanov 57 yaşında dünyasını dəyişib.

Ötənlərin məşhur futbolçusunun nədən öldüyü deyilmir.

Çanov üçqat SSRİ çempionu olmaqla yanaşı (1985, 1986, 1990), həm də beş dəfə SSRİ Kubokunun (1980, 1982, 1985, 1987, 1990) qalibidir.

Qapıçı SSRİ yığmasının heyətində 21 oyun keçirib və 8 qol buraxıb.

O, 1995-ci ildən məşqçilik karyerasına başlayıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31