İdman

Tanınmış futbolçu vəfat etdi

9 Fevral 2017 10:14

Türkiyə bayrağı azarkeşin ömürlük cəzalanmasına səbəb oldu

8 Fevral 2017 18:32

İngiltərədə Çempionşipdə baş tutmuş "Haddersfield" - "Lids" oyununda (2:1) Türkiyə bayrağı açan, bundan sonra yerli polis tərəfindən həbs edilən azarkeşə ağır cəza verilib. 59 yaşlı azarkeşin ömür boyu "Haddersfield"in ev oyunlarını keçidiyi "Con Smit" stadionuna girişi qadağan olunub. Bu barədə "Haddersfild" klubu bəyanat yayıb. Bəyanatda azarkeşin etdiyi hərəkətin utancverici olduğu qeyd edilib: "Bu azarkeşin ömür boyu "Con Smit" stadionuna girişi qadağan edildi. "Haddersfield" klubu bu hadisəyə ciddi yanaşıb və bu cür utancverici hadisələrə bundan sonra da heç bir halda izn verməyəcək. Bu şəxs klubu və ya azarkeşləri təmsil etmir".

"Barselona" apellyasiya şikayəti edəcək

8 Fevral 2017 15:41

"Barselona" rəhbərliyi İspaniya Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı cavab görüşündəLuis Suarezin meydandan qovulması ilə razılaşmır.

İtaliyada "Roma", Azərbaycanda "İnter"

8 Fevral 2017 13:49

İtaliyanın "Roma" klubu tarixinin rekorduna imza atıb. Paytaxt təmsilçisi A seriyasında ardıcıl 14-cü ev qələbəsini qazanıb. "Fiorentina"nı 4:0 hesabı ilə məğlub edən Roma klubu seriyasını 14-ə çatdırıb ki, klub tarixində belə hal yaşanmayıb. Bunadək "canavarlar"ın ən uğurlu ev seriyası 13 matçdan ibarət idi. Həmin seriya 1930-cu ildə qeydə alınmışdı. Paytaxt klubu bu seriyaya 2016-cı ilin aprelində start verib.

Güləşçilərimiz 4-cü İslam Həmrəyliyi Oyunlarının səfiri seçilib  

8 Fevral 2017 13:27

Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. AGF-dən “OLAYLAR” –a bildirilib ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər. Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.

FIFA Ukrayna klubunun daha 6 xalını silib

7 Fevral 2017 18:36

FIFA Ukraynanın "Dnepr" klubuna qarşı sanksiya tətbiq edib. Ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib. Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb.

AFFA Qriqorçuku cəzalandırdı

7 Fevral 2017 14:04

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı bir sıra cəzalar tətbiq olunub.

"Atletiko" azarkeşləri qəzada öldülər

7 Fevral 2017 13:15

İspaniyanın "Atletiko" klubunun 4 azarkeşi avtomobil qəzasında dünyasını dəyişib. Klubun rəsmi saytı Torre-Paçeko şəhərində 2 avtomobilin toqquşması nəticəsində 5 nəfərin öldüyünü yazıb. Onlardan 4-ü "Atletiko" azarkeşi olub. Klub həyatını itirənlərin əzizləri və yaxınlarına başsağlığı verib. 

Türkiyəli futbolçu dostunu "sildi"

6 Fevral 2017 16:28

"Beşiktaş"lı Oğuzhan Özyakup dünən baş tutan qalmaqallı "Fənərbağça" oyunundan sonra atdığı addımla hər kəsin diqqətini çəkib.

Güləş üzrə Bakı şəhər birinciliyi keçiriləcək

6 Fevral 2017 16:09

Yeniyetmələr arasında sərbəst və Yunan Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Gənclər və İdman Baş İdarəsindən daxil olub. Bildirilib ki, yarışlara fevralın 12-də start veriləcək. Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışların təşkilatçısı BŞGİBİ-dir. Qaliblər Baş İdarənin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

Kasilyas tarixə düşdü

6 Fevral 2017 13:39

İker Kasilyas ispan futbolçular arasında ən çox oyun keçirən qapıçı olub. Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub. 

Konfederasiyalar kubokunun bütün iştirakçıları müəyyənləşdi

6 Fevral 2017 13:29

Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib.

Bakı-2017"də iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər

6 Fevral 2017 13:08

“Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər. Müqaviləyə əsasən, bütün idmançılar, qonaqlar nəqliyyat, qalmaq və yemək xərcini özləri ödəməlidirlər”. Bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

"Ledi Qaqaya verilən qonorarı açıqlaya bilmərəm, bu, kommersiya sirridir"

6 Fevral 2017 12:22

Gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının açılışında iştirak edən dünya ulduzu Ledi Qaqaya bir milyon dollar verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

"Traktorsazi" liderə uduzdu

6 Fevral 2017 12:07

İran çempionatında 20-ci tura yekun vurulub.  Təbrizin "Traktorsazi" klubu  səfərdə lider "Persepolis"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.