"Sivasspor"un sabiq futbolçusu Azərbaycan klubunda
AZAL heyətini daha bir oyunçu ilə gücləndirib. "Təyyarəçilər" mərakeşli oyunçu Mehdi Tauilin keçidini artıq həll ediblər.
16 Fevral 2017 11:40 İdmanAZAL heyətini daha bir oyunçu ilə gücləndirib. "Təyyarəçilər" mərakeşli oyunçu Mehdi Tauilin keçidini artıq həll ediblər.
Mərakeş millisinin keçmiş üzvü bu gün Bakıya gələrək yeni komandasına qoşulacaq. Onunla mövsümün sonuna kimi anlaşma əldə olunub.
Qeyd edək ki, Mərakeşin gənclər millisində 25, əsas yığmada isə 5 matçda meydana çıxmış Tauil azərbaycanlı azarkeşlərə Türkiyənin "Sivasspor" klubundakı oyunu ilə tanışdır. 33 yaşlı yarımmüdafiəçi "Klimarnok"un heyətində Şotlandiya kubokunun da sahibidir. Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31