"Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı

Ötən il noyabrın 28-də Braziliyanın "Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı. Klubun nümayəndələrinin də yer aldığı təyyarə qəzası zamanı hadisə yerinə ilk gələnlərdən olan Yohan Ramiresə ev hədiyyə olunub.

Ötən il noyabrın 28-də Braziliyanın "Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı. Klubun nümayəndələrinin də yer aldığı təyyarə qəzası zamanı hadisə yerinə ilk gələnlərdən olan Yohan Ramiresə ev hədiyyə olunub.  "The Sun" indiyədək atası ilə birgə köhnə daxmada yaşayan 15 yaşlı yeniyetmənin "Şapekoense" klubunun rənglərinə boyanan mənzilə köçdüyünü yazıb. Ramires yanan qalıqlar arasından 6 nəfərin tapılaraq xilas edilməsində əsas rol oynayanlardan biri olub. Xatırladaq ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında 77 nəfərdən 71-i ölüb. "Şapekoense" klubunun futbolçuları, inzibati və məşqçi heyəti də həmin qəzada dünyasını dəyişib.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31