Qırmızı vərəqələrə görə "rekord" vurur

İtaliya A Seriyasının 18-ci turundan təxirə salınmış oyunda "Milan" "Bolonya"nı 1:0 hesabıyla məğlub edib. "Rossoneri" oyunu 9 nəfərlə başa vurmalı olub. Matçın gedişində Qabriel Paletta və Yuray Kuçka qırmızı vərəqə ilə cəzalandırılıblar.

İtaliya A Seriyasının 18-ci turundan təxirə salınmış oyunda "Milan" "Bolonya"nı 1:0 hesabıyla məğlub edib. "Rossoneri" oyunu 9 nəfərlə başa vurmalı olub. Matçın gedişində Qabriel Paletta və Yuray Kuçka qırmızı vərəqə ilə cəzalandırılıblar.  "Milan" futbolçuları 2013-cü ilin iyunundan buraya qədər ümumilikdə 31 qırmızı vərəqə alıblar. Bu, Avropanın aparıcı 5 çempionatı arasında antirekorddur. "Bolonya" ilə matçda komandasını azlıqda qoyan Paletta isə bu mövsüm passivindəki qırmızı vərəqələrin sayını 3-ə yüksəldib. Bu da "Böyük beşlik" liqaları arasında ən pis göstəricidir.  

Qeyd edək ki, "Milan" sonuncu dəfə Bolonya səfərində 2002-ci ilin martında məğlub olub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31