İdman

Joze Mourinyo: "Mən hazıram"

19 İyul 2017 13:53

"Mançester Yunayted"in hal-hazırki baş məşqçisi Joze Mourinyo klubda 15 il qalıb Ser Aleks Fergyusonun dönəmindəki  uğurları yenidən qaytarmaq istəyir.  "Old Traford"da ikinci mövsümünə keçməyə hazırlaşan Mourinyo bu sözləri demiş olsa belə, bu mövsüm kubok qazanmasa və kluba uğur gətirməsə istəkləri arzu olaraq qala bilər.

Çempionlar Liqasına II təsnifat mərhələsinin 7 cavab oyunu keçirilib

19 İyul 2017 11:36

Çempionlar Liqasında II təsnifat mərhələsinin 7 cavab oyunu baş tutub. Oyunların cəmi 1-də meydan sahibləri qalib gəlib. "Vardar" Çempionlar Liqasının qrup mərhələsində oynamış "Malmö" klubunu məğlub edərək mübarizədən kənarlaşdırıb. 

Ozan Can meydanda, Dəniz kənarda

18 İyul 2017 19:00

Millimizin futbolçuları Dəniz Yılmaz və Ozan Can Kökcünün şərəfini qoruduğu "Bursaspor" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komanda İngiltərə Çempionşip təmsilçisi "Lids"lə üz-üzə gəlib. Matç "Bursaspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Co Hartın yeni komandası bilindi

18 İyul 2017 18:55

"Mançester Siti"nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək. Ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, "Vest Hem"də çıxış edəcək. Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini "Mançester Siti" ödəyəcək.  

"Qəbələ" Varşavada hazırlığını davam etdirir

18 İyul 2017 18:48

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə qarşılaşacaq "Qəbələ" iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən "qırmızı-qaralar" iyulun 17-də növbəti məşqini gerçəkləşdirib. Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli "Drukarz" klubunun stadionunda baş tutub. "Qırmızı-qaralar" toplu və topsuz çalışmaları yerinə yetiriblər.

"Neftçi"nin sabiq hücumçusu Cənubi Koreya klubuna keçdi

18 İyul 2017 18:40

2010-cu ildə icarə əsasında "Neftçi"yə cəlb olunan və 4 mövsüm Bakı klubunda forma geyinən Bahodir Nasimovun yeni klubu müəyyənləşib. Özbəkistan millisinin 30 yaşlı üzvü kareyarısını Cənubi Koreyada davam etdirəcək. Təcrübəli forvard "Ansan Griners" klubu ilə müqavilə imzalayıb. Nasimovun son klubu ölkəsinin "Bunyodkor" olub.

Runinin "Everton"a qayıtması azarkeşə pul qazandırdı

18 İyul 2017 18:31

İngiltərə futbolunda maraqlı hadisə baş verib. Ueyn Runinin "Everton"a dönməsi azarkeşlərdən birinə pul qazandırıb. Belə ki, "Mançester Siti"nin fanatı Cordan Faukett 2010-cu ildə Runinin "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Everton"a qayıdacağına dair mərc qoyuluşu edib. Ulduz futbolçu 2004-cü ildə ayrıldığı Liverpul təmsilçisinə bu yay dönüb.

"Roma" əlcəzairli futbolçu ilə razılığa gəldi

18 İyul 2017 18:23

"Roma" heyətini gücləndirmək üçün "Leicester City"dən Riyad Mahrezi transfer etməyə çalışır. Paytaxt klubu 3 təklifinin geri çevrilməsinə baxmayaraq fikrindən daşınmaq istəmir.

Qurban Qurbanov: "Biz nəsə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq"

18 İyul 2017 18:17

"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında  deyib. Klubun rəsmi saytında Q.Qurbanovun adında daha sonra bu açıqlama yayılıb: "Qarabağ adının məsuliyyətini anlayıram. Bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq".

Folprext: "Azərbaycan karyerama görə təəssüflənmirəm"

18 İyul 2017 18:08

"Neftçi"nin ötən mövsüm "Slovan"dan icarəyə götürdüyü Zdenek Folprext Azərbaycan haqqında danışıb. Çexiyalı yarımmüdafiəçi bunları deyib: "Bakı mənim çox xoşuma gəldi. Həm futbol, həm ətraf mühit, ümumiyyətlə hər şey yaxşı idi. Azərbaycanın paytaxtı gözəl şəhərdir.

Ulduz futbolçu müqavilə bağladıqdan 8 gün sonra karyerasını bitirdi

18 İyul 2017 18:07

İtaliya yığmasının keçmiş hücumçusu Antonio Kassano gözlənilməz hərəkətlə diqqət çəkib. Ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb. Gözlənilməzliyi burasındadı ki, 35 yaşlı forvard 8 gün əvvəl "Verona" klubu ilə 1 illik müqaviləyə qol çəkmişdi. Klub hətta onun üçün təqdimat mərasimi də təşkil etmişdi. Lakin artıq şəhəri tərk edən veteran oyunçu butslarını mıxdan asdığını bəyan edib.

"Liverpul"un futbolçusu "Lazio"da oynayacaq

18 İyul 2017 16:38

"Liverpul"un yarımmüdafiəçisi Lukas Leyva karyerasını "Lazio"da davam etdirəcək. Təcrübəli futbolçu Romaya gələrək tibbi müayinədən keçib. Yaxın saatlarda onun rəsmi müqavilə imzalaması gözlənilir. "Lazio" və "Liverpul" arasında braziliyalı havbekin transferi ilə bağlı anlaşma hələ iyulun 14-də əldə edilmişdi. Tərəflər 5.6 milyon avroya razılaşmışdı.

Arda "Barselona"da qalacaq?

18 İyul 2017 15:11

"Barselona"nın futbolçusu Arda Turanın Kataloniya klubundan ayrılmayacağı dəqiqləşib. La Liqa təmsilçisinin ABŞ-da təlim-məşq toplanışı üçün heyətində türk yarımmüdafiəçinin də adı yer alıb.

KİV nümayəndələri ilə güləşçilər yarışacaq

18 İyul 2017 15:02

22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, yoldaşlıq görüşü iyulun 19-da Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutacaq.

"Barselona" rekord məbləğdə gəlir əldə etdi

18 İyul 2017 14:44

İspaniyanın "Barselona" klubu 2016-2017 mövsümündə 708 milyon avro gəlir əldə edib. Bu, planlaşdırıldığından 13 milyon avro çox və rekord göstəricidir. Hesabat dövründə vergilər çıxıldıqdan sonra xalis mənfəət 18 milyon avro olub.