Tomas Müllerlə bir neçə klub maraqlanır
"Bayern Münhen"in hücumçusu Tomas Müller bir neçə klubun maraq dairəsinə düşüb. 27 yaşlı futbolçunun xidmətlərində "Arsenal", "Yuventus", "Çelsea" və "Liverpul" maraqlıdır. Müllerin transferində ən şanslı klub "Liverpul" hesab olunur. Məlumata görə Mülleri Yurqen Klopp şəxsən klubuna dəvət edir.
19 İyul 2017 18:24 İdman"Bayern Münhen"in hücumçusu Tomas Müller bir neçə klubun maraq dairəsinə düşüb. 27 yaşlı futbolçunun xidmətlərində "Arsenal", "Yuventus", "Çelsea" və "Liverpul" maraqlıdır. Müllerin transferində ən şanslı klub "Liverpul" hesab olunur. Məlumata görə Mülleri Yurqen Klopp şəxsən klubuna dəvət edir. Alman hücumçunun "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yaynda başa çatacaq. Daha öncə komandanın baş məşqçisi Karlo Ançelotti Xames Rodriqezin transferinə aid sualı cavablandırarkən kolumbiyalı havbeki Mülleri əvəzləmək üçün gətirmədiyini söyləmişdi. Goal.az