İdman
"Qəbələ"nin potensial rəqibi heyətini gücləndirdi
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi "Panatinaikos" transfer çalışmalarını davam etdirir. Yunanıstan təmsilçisi hücum xəttinə növbəti oyunçunu alıb. "Atalanta"nın forvardı Brayan Kabezasi icarəyə götürən afinalılar bu dəfə braziliyalı ön xətt oyunçusu Lusiano Nevesi heyətinə cəlb edib. "Panatinaikos" 24 yaşlı "sambaçı"nı "Korintians"dan bir illik icarəyə götürüb. Braziliyanın U-23 yığmasının sabiq üzvü özünü doğrulda bilsə, transfer ediləcək və 2 illik sazişə qol çəkəcək. Lusiano ötən mövsümü icarə əsasında "Leqanes" klubunda keçirib, 4 qola imza atıb.
Nevil: "Yeni mövsümdə çempionluq Mançester şəhərində gedəcək"
"Mancester United"in sabiq müdafiəçisi Qari Nevill yeni mövsümdə İngiltərə Premyer Liqasında gedəcək çempionluq mübarizə barədə fikirlərini bölüşüb. İngilis mütəxəssis Mançester klublarını bu mübarizədə daha şanslı görüb.
"Everton" Teo Volkotla maraqlanır
"Everton" İngiltərə və "Arsenal"ın oyunçusu Teo Volkotu əldə etməyin planlarını qurur. "İrislər" çinli investorlarının köməyi ilə 28 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq təklif etməyi düşünürlər.
"Qalatasaray" daha bir braziliyalı müdafiəçi transfer etdi
"Qalatasaray" müdafiə xəttini gücləndirib. "Cim bom" "Sevilla"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb.
Ağır atletlərimiz Avropa çempionatında mübarizə aparacaq
Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.
"Qarabağ"ın mümkün rəqibindən heç-heçə
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqibi "Şerif" Moldova liqasında növbəti oyununa çıxıb. Komanda 2-ci turda səfərdə "Daçia" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Zlatan İbrahimoviç MLS klubuna rədd cavabı verdi
Zlatan İbrahimoviç "LA Galaxy" klubunun təklifini qəbul etməyib. İsveçli ulduz "Manchester United"ə qayıtmağa ümid edir. Kaliforniya təmsilçisi Zlatana illik 7.7 milyon dollar məvacib təklif etmişdi. İbrahimoviç buna razı olsaydı, MLS-in ən ödənişli futbolçusuna çevriləcəkdi. 35 yaşlı forvard hazırda zədəsini bərpa etməklə məşğuldur.
Güləşçilərimiz reytinq cədvəlində ilk onluqda
Dünya Güləş Birliyi 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. AGF-dən “OLAYLAR” -a daxil olan məlumata görə, ilk onluqda ümumilikdə 20 güləşçimizin adı var.
"Fenerbahçe" Çili millisinin üzvünü transfer edir
Çili millisinin futbolçusu Maurisio İsla karyerasını "Fenerbahçe"də davam etdirməyə yaxındır. 29 yaşlı yarımmüdafiəçi "Cagliari" ilə müqaviləsini pozaraq İstanbul klubuna keçmək fikrindədir.
“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu ilə maraqlanır
“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. “Report”un elnuevodiario.com.ni saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Komunikasyones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir. “Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.
"Kəpəz"də üç legioner
Türkiyədə hazırlıqlarını davam etdirən "Kəpəz"ə daha üç futbolçu qoşulub. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir. 1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.
Ronaldo zirvədə, Skarlatake kənarda qaldı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 6 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Cədvəldə beynəlxalq oyunlarda ən azı 6 top vuranlar yer alıb.
Teymur Rəcəbov liderdir
FIDE Qran-Prisinin Cenevrədə keçirilən mərhələ yarışının 7-ci turunda ağ fiqurlarla rusiyalı Pyotr Svidlerə qalib gələn Teymur Rəcəbov yenə də turnirin tək lideri olub. Turnirin sonuna iki tur qalmış azərbaycanlı qrossmeysterin aktivində 5 xal var. Öz aralarında heç-heçə oynamış Aleksandr Qrişşukun (Rusiya) və Pentala Harikrişnanın hər biri 4,5 xal toplayıb. Yeddinci turun digər görüşlərində Pavel Elyanov (Ukrayna) Saleh Salemə (BƏƏ), Aleksandr Ryazentsev Li Çaoya qalib gəlib, Şəhriyar Məmmədyarov-Yan Nepomnyaşşiy ( Rusiya), Aniş Giri (Hollandiya)-Levon Aronyan (Ermənistan), Maykl Adams (İngiltərə)-Dmitri Yakovenko (Rusiya), Hou İfan (Çin) və Boris Gelfand (İsrail), Ernesto İnarkiyev (Rusiya) və Rihard Rapport (Macarıstan) görüşləri heç-heçə başa çatıb.
Qurban Qurbanov: Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır
"Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır". Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü şərh edərkən deyib.














