İdman

Nazarovla müqaviləsinin müddətini vaxtından əvvəl uzatdılar

14 İyul 2017 18:22

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Aue" klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.

"Qalatasaray"dan La Liqa klubuna

14 İyul 2017 18:01

"Malaqa" "Qalatasaray"ın qapıçısı Cenk Gönəni transfer edir. Bu gün İspanyaya yola düşən 29 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra "Malaqa" ilə 3 illik müqavilə imzalayacaq. İspaniya klubunun bu transfer üçün "Qalatasaray"a 1 milyon avro ödəyəcəyi bildirilir.

"Barcelona" yetirməsini geri qaytardı

14 İyul 2017 17:40

Jerar Delofeu "Barcelona"ya geri dönüb.  23 yaşlı futbolçu iyulun 14-də ktalonların bazasında gələrək tibbi müayinədən keçib və 2019-cu ilə kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Barcelona" müqavilə ilə "Everton"a məxsus olan yarımmüdafiəçini geri qaytarmaq üçün iyunun 30-a kimi 12 milyon avro ödəməli idi.

"Real Madrid" transfer mövqeyini dəyişdi

14 İyul 2017 14:50

Son La Liga və Çempionlar Liqası çempionu "Real Madrid" Dani Sebalyosu transfer edib. Madrid klubu bu transfer üçün "Real Betis"ə 16.5 milyon avro ödəyəcək. 6 illik müqavilə imzalayan 20 yaşlı oyunçu bir çoxları tərəfindən Luka Modriçin davamçısı kimi tanınır. Sebalyos son U-21 Avropa Çempionatında ən yaxşı oyunçu seçilib. Madrid klubu daha öncə də "Atletiko Madrid"in 19 yaşındakı fransız sol cinah müdafiəçisi Teo Hernandezi öz heyətinə qatıb.

Vitolo: "Hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz"

14 İyul 2017 14:34

İyulun 10-u "Sevilla" ilə müqaviləsini yeniləyən 1 gün sonra isə transfer hüquqlarını satın alıb "Atletico Madrid"ə keçən Vitolo açıqlama verib.   Madrid klubuna qoyulan transfer qadağası səbəbindən mövsümün ilk yarısını "Las Palmas"da keçirəcək 27 yaşlı havbek bunları deyib: "Deyiləcək nəsə yoxdur.

Klublarımızın Avropa Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞİR

14 İyul 2017 13:56

Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindəki mümkün rəqiblərinin sayı azaldılıb.  "Zirə"-"Astra" (Rumıniya) cütü səpələnmişlər, "İnter"-"Fola Eş" (Lüksemburq) və "Qəbələ"-"Yagelloniya" (Polşa) cütləri əpələnməmişlər səbətində yer alıb.

"Barselona" Bellerini yox, bu oyunçunu seçdi

14 İyul 2017 13:03

"Barselona" Nelson Samedonun transferi barəsində klubu "Benfika" ilə razılığa gəldiyi barəsində məlumat yayıb. Müayinədən keçən Samedo 5 illik müqaviləyə imza atacaq. İspaniya mətbuatı "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödənəcəyi barədə məlumat yayıb. 

Gökhan İnler İstanbul klubunda

13 İyul 2017 19:00

"Beşiktaş"dan ayrılan Gökhan İnlerin yeni komandası məlum olub. 33 yaşlı yarımmüdafiəçi "Başakşehir"də çıxış edəcək. İstanbul klubunun onunla 3 illik müqavilə imzalayacağı bildirilir.

"Borussiya"dan "Bayer"ə

13 İyul 2017 18:55

Almaniyanın "Bayer" klubu heyətinə yeni oyunçu cəlb edib. Lekerkuzen təmsilçisi  Dortmund "Borussiya"sının futbolçusu Sven Benderi transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

"Böyük xəbərə hazır olun" - İbra

13 İyul 2017 18:50

İsveç yığmasının əfsanəvi futbolçusu Zlatan İbrahimoviçin karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.  36 yaşlı hücumçu tezliklə yeni klubunun adının müəyyənləşəcəyini bildirib. Belə ki, uzunmüddətli sıradan çıxdığı üçün "Mançester Yunayted"lə yeni müqavilə imzalamayan və azad agent statusu daşıyan İbra gələcək taleyi ilə bağlı verilən sualı qısaca belə cavablandırıb: "Tezliklə yeni məlumatı eşidəcəksiniz. Böyük xəbərə hazır olun".

"Monaco" polşalı müdafiəçi ilə müqavilə yenilədi

13 İyul 2017 18:40

Fransa Liqasının son qalibi "Monaco" çempion heyəti qorumağa çalışır.  "Moneqasklar" müdafiənin aparıcı fiqurlarından olan Kamil Qliklə müqaviləni yeniləyib. Polşa millisinin 29 yaşlı futbolçusu 2021-ci ilin yayına kmii "Monaco" formasını geyinəcək.

"Qəbələ"nin oyununa nə qədər bilet satılıb? - Polşadan da gələnlər var

13 İyul 2017 17:09

"Qəbələ" bu gün Avropa Liqasının II təsnifat mərhələsində "Yagelloniya"nı qəbul edəcək. Oyuna 5 mindən artıq bilet satılıb. Matç saatına qədər bu rəqəmin xeyli artacağı gözlənilir. Polşa klubunun isə 25 azarkeşi Bakıya gəlib.

"Vitolo "Sevilla" klubu və azarkeşlərinə hörmətsizlik etdi"

13 İyul 2017 15:27

"Sevilla"nın prezidenti Xose Kastro Karmona komandasnın sabiq futbolçusu Vitolonun davranışını tənqid edib. İyulun 10-da 27 yaşlı havbek klubla müqaviləsini 2022-ci ilə kimi uzatsa da, 1 gün sonra "Atletico Madrid"ə transfer olunmuşdu.

Kamerun millisinin hücumçusu Çin klubunda

13 İyul 2017 15:07

"Lorient" klubunun hücumçusu Benjamen Mukanco karyerasını Çində davam etdirəcək. Kamerun millisinin futbolçusu "Jiangsu Suning"lə 2 illik müqavilə imzalayıb. 28 yaşlı forvard yeni klubunda 38 nörməli forma ilə çıxış edəcək.

"Barselona" ispan müdafiəçinin transferindən əl götürdü

13 İyul 2017 13:54

"Barselona"nın baş məşqçisi Ernesto Valverde sağ cinah müdafiəsinə Hektor Bellerinin transfer olunmasına razı olmayıb.  53 yaşlı mütəxəsis onu taktiki və fiziki baxımdan komandasına uyğun futbolçu hesab etməyib.