İdman
"Mançetser Yunayted"dən vitse-kapitana yeni müqavilə təklifi
"Mançester Yunayted" Ander Errreranı komandada saxlamaq istəyir. "Qırmızı şeytanlar" 27 yaşlı havbekə yeni müqavilə təklif edib. Müqavilədə məvacibin artırılması da nəzərdə tutulub. Errera ötən mövsüm "United"in ən yaxşı futbolçusu seçilmişdi.
Ramil Şeydayev Çempionlar Liqasında debüt etdi
Millimizin hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunun heyətində Çempionlar Liqasında debüt edib. O, "Kopenhagen" ilə II təsnifat mərhələsinin ilk görüşündə meydana çıxıb.
""Qəbələ"ni təəccübləndirəcəyik" - Taras Romançuk
"Qəbələ" ilə oyunda uduzmamalıyıq. Ümid edirəm ki, rəqibi təəccübləndirəcəyik". Bu sözləri Polşa "Yagelloniya"sının futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk matç öncəsi klubun saytına deyib.
Klublarımız avrokuboklarda ən çox kimə və neçə qol vurub?
Gürcüstanın "Samtredia" klubu antirekorda imza atıb. Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a 0:5 hesabı ilə uduzan samtredialılar ən çox qol vurduğumuz komanda ünvanına yiyələnib.
"Bavariya"nın futbolçusu "Yuventus"da
"Yuventus" heyətinə yeni oyunçu cəlb edib. "Bavariya"nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək. Braziliyalı yarımmüdafiəçi bu gün "Yuventus" üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.
Bakıda "Qarabağ"ın fan-şopu açılır - formalar bu ünvanda!
Yaxın bir həftə ərzində Bakıda "Qarabağ" Futbol Klubunun rəsmi Fan-şopu açılacaq. Bu haqda Ağdam klubunun baş mececeri Asif Əsgərov məlumat verib.
FİFA Neymarın məsələsinə nöqtə qoydu
FİFA Neymarın Braziliyanın "Santos" klubundan "Barcelona"ya keçidini qanuni hesab edib. Bu barədə 25 yaşlı hücumçunun maraqlarını qoruyan "N&N Consultoria" şirkəti məlumat yayıb. Neymarın keçidinin qaydalar çərçivəsində reallaşmasına dair qərar iyulun 11-də qəbul olunub.
"Qarabağ"ın hücumçusu Çempionlar Liqasının üçüncüsüdür
"Qarabağ"ın legioneri Dino Ndlovu Çempionlar Liqasının bombardirləri siyahısına daxil olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə ilk oyununda (5:0) dubl müəllifi olan afrikalı 3-cü pilləyə yüksəlib.
"Borussiya"dan yeni transfer
"Borussiya"heyətinə yeni oyunçu cəlb edib. Münhenqladabax "Borussiya"sının yarımmüdafiəçisi Mahmud Dahudla 5 illik müqavilə imzalanıb.
Azərbaycanın bəzi idmançılarında dopinq aşkarlandı
Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
Transfer hüquqlarını özü aldı, "Atletico" ilə müqavilə imzaladı
"Sevilla"nın yarımmüdafiəçisi Vitolo karyerasını "Atletico Madrid"də davam etdirəcək. İspaniyalı futbolçu transfer hüquqlarını 37.5 milyon avro ödəməklə Əndəlus klubundan alıb. Daha sonra Vitolo "Atletico" ilə 2022-ci ilin yayına kimi müqaviləyə imza atıb. Madridlilər onu yanvarın 1-i qeydiyyatdan keçirə biləcək. FİFA-nın "Atletico" klubuna qoyduğu transfer qadağasına görə Vitolo mövsümün 1-ci yarısını "Las Palmas"da keçirəcək.
Dani Alveş gedəcəyi klubu seçdi
Dani Alveşin PSG klubuna transferi daha real görünür. 34 yaşlı müdafiəçinin transferində Paris klubu "Manchester City"ni qabaqlayıb. PSG tərəfindən Alveşə 2 illik müqavilə və 25 milyon funta yaxın məvacib təklif edilir.
"Qarabağ"ın "dubl" edən hücumçusu: "Nəticənin belə olacağını gözləmirdim"
"Nəticənin belə olacağını gözləmirdim". Bunu "Qarabağ"ın futbolçusu Dino Ndlovu Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Samuşia: "Qarabağ" bizdən qat-qat üstün oynadı"
Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində "Samtredia" səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Ölkəsinin mətbuatına açıqlama verən "Samtredia"nın 22 yaşlı futbolçusu Quram Samuşia oyunla bağlı bunları deyib: "Qarabağ" bizdən qat-qat üstün oynadı. Oyuna yaxşı başlamışdıq.
Azərbaycan qitənin ən çox qazanan 10 ölkəsi arasında
Azərbaycan cari mövsüm avrokuboklarda ən çox qazanc əldə edən 10 ölkə sırasında yer alıb. Çempionlar Liqası və Avropa Liqası oyunlarında əldə olunan 5 qələbə UEFA reytinqinə 1,250 xal gətirib. Bu isə mövsümün ən yaxşılarından olmağa imkan verib. Azərbaycan bu göstərici ilə 8-ci sıradadı. Düzdü, Slovakiya və Maltanın da eyni xalı var. Lakin əlavə göstəricilərdəki üstünlük daha öndə qərarlaşmaq imkanı verir.














