Klublarımız avrokuboklarda ən çox kimə və neçə qol vurub?

Gürcüstanın "Samtredia" klubu antirekorda imza atıb. Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a 0:5 hesabı ilə uduzan samtredialılar ən çox qol vurduğumuz komanda ünvanına yiyələnib.

Belə ki, Azərbaycan klubları bu rəqibə 11 top vurublar. Ötən il Avropa Liqasında "Qəbələ"nin 6 qoluna üzülən "Samtredia" Bakıda 1:5 uduzub, evdə 2:1 hesablı qələbəylə təsəlli tapmışdı. "Qarabağ" da ilk oyundakı 5 topla bir rəqibə vurulan qol sayını rekord həddə çatdırıb. 1994-cü ildən avrokuboklarda oynayan təmsilçilərimiz bunadək eyni rəqibə ən yaxşı halda 8 top vurmuşdu. Bu asan rəqib İslandiya "Hafnarfyordur"udur. "Neftçi" (2:0, 2:1) və "İnter" (2:1, 2:2) şimallılarla görüşlərdə hərəsi 4 dəfə fərqlənib.
 
Qeyd edək ki, ən çox qol vurduğumuz ölkə də Gürcüstandı. Klublarımız bu ölkədən olan rəqiblərinin qapısından 24 top keçirib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31