İdman

London klubundan Obameyanqa 65 milyon avro

12 İyul 2017 14:36

"Barussiya Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanqa Avropa klublarından təklif gəlməkdə davam edir.  "Çelsi" qabonlu forvarda görə 65 milyon avrodan keçməyə hazırdır. "zadəganlar"ın transfer hədəfi Alvaro Moratadır.

Paralimpiyaçı bədbəxt hadisə nəticəsində öldü

12 İyul 2017 12:48

Nizəatma növündə çıxış edən BƏƏ paralimpiyaçısı Abdulla Hayaey İngiltərənin paytaxtı Londonda məşq edərkən bədbəxt hadisə nəticəsində həyatını itirib.

Türkiyədə ilin transferi açıqlandı - "Roma" onu aldı

12 İyul 2017 12:26

Bu mövsüm Türkiyə Super Liqasında gümüş medal qazanan İstanbul təmsilçisi "Başakşehir"in gənc, hücumameylli yarımmüdafiəçisi və milli üzvü Cengiz Ünder İtaliya nəhənglərindən olan "Roma"ya transfer edilib.

"Neftçi" ilk yoxlama oyununda uduzdu

12 İyul 2017 11:45

"Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. "Ağ-qaralar" "Kəpəz"lə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

12 İyul 2017 11:44

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi "Berlin Masters" adlı "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yola saldığımız həftəsonu gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub.

"Göstərməliyik ki, meydanın sahibi kimdi" - Zaur Svanazde

11 İyul 2017 20:30

Bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Paytaxt klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburq təmsilçisi "Fola"nı qəbul edəcək. Oyun öncəsi təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis hədəflərinin qələbə olduğunu bildirib: "Onların bir komandası "Reyncers" kimi klubu mübarizədən kənarlaşdırıb. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibi qiymətləndirməmək səhv addım olardı. Həmişəki qaydada hazırlaşmışıq. Futbolçular özlərini yaxşı hiss edirlər və görüşü gözləyirlər. Ümid edirəm ki, uşaqlar arxayınlaşmayacaqlar".

İreniuş Mamrot: "Rəqibimiz güclü komandadır"

11 İyul 2017 19:48

Azərbaycanın Avroliqadakı təmsilçisi "Qəbələ" turnirin 2-ci təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə oyuna hazırlaşır. Bu arada rəqibin baş məşqçisi İreniuş Mamrot klubun rəsmi saytına açıqlama verib.

Dani Alveş yeni klubunun adını açıqlayır

11 İyul 2017 19:30

"Yuventus"un sabiq müdafiəçisi Dani Alveşin yeni klubunun adı bu gün bəlli olacaq. Braziliyalı futbolçu iki klub arasında seçim etməli olacaq. Belə ki, "Mançester Siti" və PSJ ilə danışıqlar aparan 34 yaşlı sağ cinah oyunçusu bu gün yeni komandasının adını açıqlayacağını bildirib. Britaniya mətbuatı onun sabiq məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçəcəyini iddia etsə də, əksəriyyət Alveşin yeni komandasının PSJ olacağını proqnozlaşdırır.

Klinsmannın oğlu Bundesliqa klubunda

11 İyul 2017 18:56

Almaniya millisinin sabiq futbolçusu Yurgen Klinssmanın oğlu Conatan Klinsmann"Herta"ya transfer olunub.  20 yaşlı qapıçı ilə uzunmüddətli müqavilə imzalanıb.

"Everton"un futbolçusu dəlixanadan çıxdı

11 İyul 2017 18:53

"Everton"un futbolçusu Aron Lennon stress səbəbindən müalicə aldığı dəlixanadan çıxdığını və tam sağaldığını açıqlayıb. 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi İnstagram səhifəsində məlumat verib. Futbolçu müalicə müddətində ona dəstək olan bütün azarkeşlərə təşəkkür edib.

"Vilyarreal"ın sabiq futbolçusu vətəninə qayıtdı

11 İyul 2017 18:45

"Vilyarreal"ın sabiq hücumçusu Nilmar karyerasını vətənində davam etdirəcək. 32 yaşlı forvard Braziliyanın "Santos" klubu ilə 2018-ci ilin sonuna kimi müqavilə imzalayıb. Nilmarın son klubu BƏƏ təmsilçisi "Al Nasr" olub.

"İnter" "Fola" ilə oyunlar üçün iştirak ərizəsini təqdim etdi

11 İyul 2017 18:41

Avropa Liqasının II təsnifat mərhələsində "Fola" ilə qarşılaşacaq Bakı "İnter"inin  bu oyunlar üçün sifariş etdiyi oyunçular müəyyənləşib. Baş məşqçi Zaur Svanadze bu mərhələ üçün 17 futbolçunun adını siyahıya daxil edib. 

"Fola" üçün rumın kabusu

11 İyul 2017 18:40

Lüksemburqlular "İnter"dən, xüsusilə, bakılıların rumıniyalı müdafiəçisi Adrian Skarlatakedən çəkinir. Bu ölkədən olan həmkarlarımız Avropa Liqasının II təsnifat mərhələsində paytaxt təmsilçisinin rəqibi olan "Fola"ya məsləhətlər verməyi lazım bilib.

"Şalke" fransalı futbolçunu transfer etdi

11 İyul 2017 18:40

"Şalke" heyətini gənc yarımmüdafiəçi ilə gücləndirib. Fransanın U-21 yığmasında çıxış edən Amin Harit Gerzenkirxen klubu ilə anlaşıb. 20 yaşlı havbek 4 illik müqaviləyə imza atıb.

Premyer Liqa klublarının maliyyə itkisi artır

11 İyul 2017 18:37

"Vysyble" kompaniyası tərəfindən aparılan araşdırma Premyer Liqa klublarının müntəzəm maliyyə itkisinə məruz qaldığını təsdiq edib.