İdman
"Qalatasaray" "Sevilya"nın müdafiəçisi ilə anlaşdı
"Qalatasaray" mövsümlərarası fasilədə 4-cü əcnəbi transferinə hazırlaşır. "Cim-bom" müdafiənin sağ cinahındakı problemi yoluna qoymaq üzrədir. Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən "Sevilya"nın oyunçusu Marianonun oynaması gözlənilir. Çünki "sarı-qırmızılılar" İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib. La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçunun yaxın günlərdə yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.
"Real" növbəti transferini rəsmiləşdirdi
"Real" mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib. "kral klubu" "Betis"in yarımmüdafiəçisi Daniel Sebalyosla münasibətləri rəsmiləşdirib. "Barcelona"nın da maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayıb.
Donnarumma müqavilə bağladı
"Milan"ın qapıçısı Canluici Donnarummanın taleyinə aydınlıq gəlib. Bir müddət əvvəl komandada qalacağı deyilən gənc qolkiper artıq münasibətləri rəsmiləşdirib. "Real"ın da maraq dairəsində olan 18 yaşlı oyunçu "rossonyerlər"lə uzunmüddətli sazişə qol çəkib. Müqavilədə yer alan bəndə əsasən, İtaliya millisinin üzvünün transfer qiyməti 70 milyon avro olacaq.
İtaliyanın daha bir klubu satışa çıxarıldı
"Genoa" futbol klubunun satılmasına dair razılıq əldə olunub. Bu barədə Genuya təmsilçisinin prezidenti Enriko Pretsiozi "Reuters"ə açıqlama verib.
"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda
"Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb. İsveçrəli hücumçu Cənubi Koreyanın "Ulsan Hyuindai" klubu ilə hazırkı mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı oyunçu xorvatiyalı Miroslav Orsiçlə birgə hücum tandemini təşkil edəcək.
"Bavariya" kolumbiyalı futbolçunu icarəyə götürmək istəyir
Daniel Sebaalyosun "Real"a transferi Xames Rodriqezin klubdan getməsinə təsir göstərəcək. 25 yaşlı yarımmüdafiəçini "Bayern Munich" 2 il müddətinə icarəyə götürmək istəyir. Münhenlilər icarə müqaviləsi başa çatandan sonra onun transfer hüquqlarına yiyələnmək fikrindədir. "Bavariya" eyni üsuldan Kinqsli Komanın da transferindən yararlanmışdı.
Dmitri Nazarovun zədəsi ciddidir?
Almaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib.
Çempionlar Liqası: II təsnifat mərhələsinin oyunları başlanır
"Neftçi"nin sabiq futbolçusu Qazaxıstan klubunda
Ötən mvsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov özünə yeni komanda tapıb. Makedoniyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. Şikov "Tobol" klubu ilə müqavilə imzalayıb.
"Fənərbağça" prezidentindən Qətərə dəstək
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım Qətərin Türkiyədəki səfiri Salim Mübarək əl-Şafi ilə bir araya gəlib. Yıldırım Qətər əmiri Təmim bin Hamad əl-Saninin adı və surətinin əks olunduğu formanı geyməklə bu ölkəyə dəstəyini göstərib. Formanın original variantından "Fənərbağça" yeni mövsümdə istifadə edəcək. Bu foto səfirliyin Twitter hesabından paylaşılıb.
Meksika millisinin qapıçısı "Standard"da
Meksika millisinin qapıçısı Qilyermo Oçoa karyerasını Belçikada davam etdirəcək. "Malaga" ilə müqaviləsi başa çatan qolkiper "Standard"la anlaşıb. Lyej klubu ilə təcrübəli qapıçının imzaladığı müqavilənin müddəti açıqlanmır.
3 nazir futbol oyununa görə işdən çıxarıldı
Portuqaliyada üç nazir 2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa Çempionatında milli komandanın oyunlarını izlədiyi üçün istefa vermək məcburiyyətində qalıb. Baş nazir Antonio Costa hər üç nazirin - maliyyə işlərindən məsul dövlət naziri Fernando Rocha, sənayedən məsul dövlət naziri Joao Vasconcelos və beynəlxalq əlaqələrdən məsul dövlət naziri Jorge Costanın istefa ərizəsini qəbul edib.
"El Klasiko"nun bileti fantastik qiymətə
İspaniya nəhəngləri "Barselona" və "Real" bu ay beynəlxalq turnirdə üz-üzə gələcəklər. İyulun 29-da keçiriləcək görüş üçün biletlərin qiymətləri astronomik məbləğdədir.
İsrailli hakim 5-ci dəfə Azərbaycan komandasının oyununda
Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in "Fola" ilə keçirəcəyi ilk görüşün baş hakimiEytan Şmuelevits təmsilçilərimizə kifayət qədər tanışdır. İsrailli 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb.
Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində keçirilən beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 48-ci beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.














