"Fola" üçün rumın kabusu
Lüksemburqlular "İnter"dən, xüsusilə, bakılıların rumıniyalı müdafiəçisi Adrian Skarlatakedən çəkinir. Bu ölkədən olan həmkarlarımız Avropa Liqasının II təsnifat mərhələsində paytaxt təmsilçisinin rəqibi olan "Fola"ya məsləhətlər verməyi lazım bilib.
11 İyul 2017 18:40 İdmanLüksemburqlular "İnter"dən, xüsusilə, bakılıların rumıniyalı müdafiəçisi Adrian Skarlatakedən çəkinir. Bu ölkədən olan həmkarlarımız Avropa Liqasının II təsnifat mərhələsində paytaxt təmsilçisinin rəqibi olan "Fola"ya məsləhətlər verməyi lazım bilib.
"İnter"i dərindən təhlil etməyə ehtiyac duymayan Lüksemburq mətbuatı komandanın əsas silahı kimi Adrian Skarlatakeni qabardıb: "Fola" "İnter"lə qarşılaşmada rəqiblərini kabus kimi tapdalayan rumın bombardir - mərkəz müdafiəçisi Adrian Skarlatakedən ehtiyatlı olmalıdı. Ola bilər ki, onun adı fransız reperi və bir multfilm personajına bənzəyir. Amma meydanda ona rəqib olanlar, canlı səddə dayananlarla qapıçı bu futbolçunun nəyə qadir olduğunu bilir".
Lüksemburqlular Skarlatakenin karyerasını araşdırıb. Onun karyerasının son 10 ilində 21 qol vurduğunu qeyd edən həmkarlarımı internetdən videoları yığaraq, təxminən 17 dəqiqəlik toplu da hazırlayıb: "Əldə edə bildiyimiz qollardan beşi cərimə zərbələrindəndi. O, qapıdan 25 metrə qədər məsafədən təyin olunan zərbələri ifa edir. Dirəyə yaxın nöqtələri nişan alır. Onun qol vura bilmədiyi cərimə zərbələrində də buna cəhdi müşahidə etmək olur. "Mladost"la ilk görüşdə ilk qolu 16, ikincini 20 metrdən vurub".
Həmkarlarımız "Fola"ya çıxış yolu da göstərib: "Müdafiəçilərə cərimə meydanı həndəvərində qaydanı pozmasına qadağa qoyulmalıdı. Çünki belə nöqtələrdə fol etmək təhlükəsizlik prinsiplərinə zidd sayılır. Skarlatakenin hücuma qoşulduğu hər epizodda diqqətli olmalıyıq. Rumıniyalı yığmamızın gənc üzvü Kevin Kerqer tipli müdafiəçidi".
Qeyd edək ki, "İnter"lə "Fola" arasında ilk oyun sabah Bakıda keçiriləcək. Apasport.az