İdman
"Qarabağ" Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərdi
"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilə keçirəcəyi matçlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Messidən xeyirxah addım
Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi toyundan qalan yemək və içkiləri Rosario şəhərindəki xeyriyyə təşkilatına verib.
“Yagelloniya” - “Qəbələ” oyununun başlama saatı müəyyənləşib
“Qəbələ” komandasının Avropa Liqasının II təsnifat mərhələsinda Polşa “Yagelloniya”sı ilə cavab matçının başlama saatı müəyyənləşib.
"İnter" və "Zirə"nin oyunlarının vaxtı və yeri dəyişdirildi
Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki matçlarının vaxtı və yeri müəyyənləşib. UEFA klublarımızın oyunlarının təqvimində dəyişiklik edib. Çünki təqvimə əsasən, hər 3 komandamız - "Qəbələ", "Zirə" və "İnter" ilk oyununu evdə keçirməli idi. Ancaq qitə futbol qurumu "Zirə"nin ilk qarşılaşmanı səfərdə oynamasını qərara alıb. Hazırda Lüksemburqda olan paytaxt təmsilçisi bu gün bərpa məşqi keçdikdən sonra "Astra" ilə ilk oyun üçün birbaşa Rumıniyaya yollanacaq. Komanda iyulun 13-dəki matça qədər məşqlərini məhz həmin ölkədə keçəcək.
Burak Yılmaza ağır cəza
"Atletiko" Torreslə müqavilə yenilədi
"Atletiko Madrid" Fernando Torresin müqavilə müddətini uzadıb. 33 yaşlı hücumçu daha 1 il Madrid klubunun formasını geyinəcək. Torres ötən ay Meksika klubundan gələn əlverişli təklifi rədd etmişdi. "El Nino" 2003-07-ci illərdə də bu klubun uğurları üçün çalışmışdı.
Millimiz 4 pillə gerilədi
Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər olub. Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
"Napoli"nin futbolçusu Bundesliqa klubunda
"Napoli"nin yarımmüdafiəçisi Conatan de Quzman karyerasını Almaniyada davam etdirəcək. 29 yaşlı futbolçu "Eintracht Frankfurt"un heyətinə qoşulub. Transferin maliyyə tərəfləri açıqlanmır. Müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. O, iyulun 6-da Frankfurt klubunun Amerikadakı düşərgəsinə gəlib məşqlərə başlayacaq.
Yığmamız ikinci oyunu darmadağınla qazandı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib. Millimiz ikinci matçında meydan sahibləri ilə qarşılaşıb. Qızlarımız bu matçda 4:1 hesablı qələbə qazanıblar.
Klublarımız Avropa Liqasında cavab oyunlarına çıxır
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxacaq.
“İnter”-“Mladost” qarşılaşması bir dəqiqəlik sükutla başlayacaq?
İyulun 6-da baş tutacaq “İnter”-“Mladost” qarşılaşmasında 4 iyulda şəhid olan həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilə bilər. Bu sözləri Bakının “İnter” futbol klubunun icraçı direktoru Rəmiş Malıyev iyulun 6-da keçiləcək oyunla bağlı Axar.az-a danışarkən deyib.
Con Terri: "Məqsədim “Çelsi”nin baş məşqçisi olmaqdır"
“Çelsi”nin sabiq kapitanı Con Terri gələcək planlarından danışıb. Bir müddət əvvəl “Aston Villa” ilə anlaşan təcrübəli müdafiəçi gələcəkdə “Çelsi”yə baş məşqçi kimi qayıtmaq istəyir: “Frank Lempardla bu haqda söhbətimiz olub.
"Qarabağ" polşalı futbolçu ilə iki illik müqavilə imzaladı
Gözdən düşən legioner və ya "Qarabağ" kimə ümid edir?
"Qarabağ" heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. "Alanyaspor"un yarımmüdafiəçisi Vild-Donald Gerye yeni mövsümdən Ağdam klubunun formasını geyinəcək. Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və Gerye yaxın günlərdə Bakıya gəlib, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkəcək.
"Barselona" Messi ilə bağlı çoxdan gözlənilən xəbəri elan etdi
"Barselona" Lionel Messi ilə müqaviləni yeniləyib. Argentinalı ulduzla 2021-ci ilə kimi yeni müqavilə imzalanacaq. Onun həftəlik məvacibi 500 min avroya yüksələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.














