İdman

"Everton"un hücumçusu Super Liqada

5 İyul 2017 15:18

Türkiyənin "Sivasspor" klubu heyətinə yeni hücumçu cəlb edib. Super Liqa təmsilçisi İngiltərənin "Everton" klubundan Aruna Koneni alıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qriqorçuk: "Onları təhlil etmək çətindir

5 İyul 2017 13:24

"Bu matçın olmasına görə şadam. Bizim üçün "Dinamo" böyük avtoritetdir, ona həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə komandayla oynaya bildik". Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra həmin klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Türk idmançıdan BÖYÜK JEST: ermənini məğlub etdi, bayrağımızı qaldırdı - VİDEO

5 İyul 2017 12:41

Türkiyə güləşçisi Camal Mutlu Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında yunan-Roma güləşi üzrə bürünc medal uğrunda görüşdə erməni rəqibinə tam üstünlüklə qalib gəlib.

"Qəbələ"nin rəqibi hücumçusunu "Roma"ya satır

4 İyul 2017 20:01

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Qəbələ" ilə yoxlama görüşü keçirəcək Kiyev "Dinamo"su aparıcı futbolçularından birini itirə bilər. "Dinamo"nun hücumçusu Andrey Yarmolenko karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

PSJ prezidenti Mbappe ilə görüşüb

4 İyul 2017 19:55

"Monako"nun hücumçusu Kilian Mbappe PSJ-nin də transfer hədəfindədir. Klubun prezidenti Naser əl-Xəlaifi idman direktoruAntero Enrike ilə futbolçu ilə görüşüb. Görüşdə gənc ulduzun atası da iştirak edib. PSJ Mbappeni bu yay transfer edə bilməsə belə, onu başqa kluba keçmək fikrindən döndərmək istəyir. Eyni zamanda 18 yaşlı forvardı Fransadakı əsas rəqibinə satmaq istəməyən "Monako"nu da yola gətirmək lazımdır.

Mali yığmasının futbolçusu Fransada polisi vurduğu üçün həbs olunub

4 İyul 2017 16:15

Mali yığmasının və Almaniyanın “Verder” klubunun futbolçusu Sambu Yatabare Fransada polisə hücum etdiyi üçün həbs olunub. İnsident ötən bazar günü Parisdəki hava limanının dayanacağında baş verib. Polis 28 yaşlı yarımmüdafiəçini saxladıqdan sonra onların arasında mübahisə düşüb. Nəticədə futbolçu asayiş keşikçisinin gözünə zərbə endirib. 

Əsrin TRANSFERİ baş tutur: Neymar o kluba gedir

4 İyul 2017 15:06

İspaniyanın məşhur futbol dərgisi "Don Balon" şok iddia ilə çıxış edib. Dərgi "Mançester Yunayted"in Neymarı transfer üçün hərəkətə keçib.

Çalhanoğlunun "Milan"a keçidi rəsmiləşdi

4 İyul 2017 11:39

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun "Milan"a keçidi rəsmiləşib. 23 yaşlı yarımmüdafiəçi 2021-ci ilə kimi A Seriyası təmsilçisinin uğurları üçün çalışacaq. Futbolçunun yeni iş yerindəki illik qazancı isə 2,5 milyon avro olacaq.

Futbolçu özü açıqladı: Tezliklə "Qarabağ"da

4 İyul 2017 11:22

"Qarabağ"ın yeni transferi Yakub Rjejniçak transferi ilə bağlı açıqlama verib. Müdafiəçi İnstaqram səhifəsində paylaşdığı foto ilə keçmiş komandası "Legiya" ilə vidalaşıb. O, "Legiya" ilə "Radomiak Radom" arasındakı yoxlama matçında çəkilmiş foto yayımlayaraq şəklin altında "Son oyun, son qol, son məşq... tezliklə "Qarabağ"da" yazıb. Polşalı müdafiəçinin tezliklə "Qarabağ"a qoşulacağı və ağdamlılarla 2 illik müqaviləyə imza atacağı haqqında xəbər vermişdik.

Donnarummanın taleyinə aydınlıq gəldi: 100 milyon

4 İyul 2017 11:21

Canluici Donnarumma nəhayət gələcəyi haqqında qərar verib. Gənc qapıçı "Milan"da qalacaq. Bu barədə xəbəri "SKY Sports"un müxbiri Canluki Di Marzio verib. İtaliyalı jurnalist bildirib ki, artıq yeni müqavilənin bütüm detalları razılaşdırılıb. Sadəcə, rəsmi imza qalıb.

2017 Formula 1 Azərbaycan Qran Prisini nə qədər azarkeş izləyib? - Rəsmi açıqlama

3 İyul 2017 18:49

Bakıda baş tutan ikinci Formula 1 yarışına ötən ildəkindən 30 % çox tamaşaçı gəlib. Xaricdən gələn avtoidman azarkeşlərinin sayı keçən illə müqayisədə iki dəfə çox olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  verilən məlumata görə, Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində keçirilmiş növbəti Formula 1 yarışı həftəsonuna  - 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib.

İdman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

3 İyul 2017 15:27

Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə,tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, ali təhsil müəssisələrinin idman klublarının nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Alman müdafiəçi "Ayax"dan getdi

3 İyul 2017 14:16

Təcrübəli müdafiəçi Hayko Vestermann "Ayax"la yollarını ayırıb. Tərəflər 2018-ci ilin yayında bitəcək müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəlib. Ötən mövsüm 33 yaşlı futbolçu cəmi 4 oyunda meydana çıxmışdı. O, 2016-cı ilin yayında "Betis"dən Amsterdam klubuna keçmişdi. Vestermannın "Austria" klubuna keçəcəyi gözlənilir.

Malili hücumçu "Qəbələ"də

3 İyul 2017 13:57

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir futbolçunun keçidini gerçəkləşdirib.  İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan "qırmızı-qaralar" hücum xəttini legionerlə gücləndirib. Belə ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "qırmızı-qara" forma geyinəcək.