İdman
"Barselona" müdafiəçisini "Sportinq"ə satdı
"Barselona"nın yollarını ayırdığı daha bir futbolçunun adına aydınlıq gəlib. Mərkəz müdafiəçisi Ceremi Matyu karyerasını Portuqaliyada davam etdirəcək. Türkiyə klublarının da maraq dairəsində olan 34 yaşlı futbolçu "Sportinq"lə anlaşıb. Fransa millisinin sabiq üzvü münasibətləri rəsmiləşdirmək üçün artıq Portuqaliyaya yollanıb. Transfer məbləği və futbolçunun müqavilə müddəti ilə bağlı yaxın günlərdə rəsmi məlumat veriləcək.
Qriqorçuk rəmzi yığmasını açıqladı - Messi kənarda qaldı
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna televiziyasına görmək istədiyi "11-liy"i açıqlayıb. Təcrübəli çalışdırıcı rəmzi komandasına "Barselona"nın argentinalı ulduzu Lionel Messini daxil etməyib.
Prosineçki "Bursaspor"a qorxaq kimi getmək istəməyib
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın vecernji.hr saytına geniş müsahibə verib. Dünya futbol tarixi ilə bağlı sualları cavablandıran 48 yaşlı mütəxəssis "Bursaspor"dan gələn təklifi qəbul etməməyinin səbəbini də açıqlayıb.
Maradona Rusiya vətəndaşı olmaq istəyir
Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiya vətəndaşlığı almağı düşünür. Bu barədə "Sovetskiy sport" xəbər yayıb. Məlumatda qeyd olunur ki, 58 yaşlı futbol əfsanəsi "Rusiya futbolu sevir" hərəkatı çərçivəsində ölkəyə səfər edib və Konfederasiyalar Kubokunun finalını izləyib.
PSJ təcrübəli futbolçusu ilə yollarını ayırır
PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta klubu tərk edir. 34 yaşlı havbek rəhbərliklə yeni müqavilə ətrafında danışıqlardan nəticə ala bilməyib. Ayın əvvəlində əldə olunmuş şifahi razılığa əsasən Motta daha bir mövsüm PSJ-də qalmalı, daha sonra əvəzedici komandanın məşqçisi olmalı idi.
UEFA reytinqi açıqlandı - Azərbaycan neçəncidir?
Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni əmsalı açıqlayıb. Reytinqdə Azərbaycan mövqeyini dəyişməsə də, xal hesabını artırıb.
"Qalatasaray" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb
Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Braziliyanın "San Paulu" klubunun müdafiəçisi Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub. Onunla 4 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Maykona hər il 2,2 milyon avro ödəniləcək. Daha 1 milyon avro isə bonus kimi nəzərdə tutulub.
"Bavariya" klubu tarixində ilk dəfə cənubi koreyalı futbolçu ilə müqavilə bağlayıb
Almaniyanın "Bavariya" klubu tarixində ilk dəfə cənubi koreyalı futbolçu ilə müqavilə bağlayıb. Bu, "İnçxon Yunayted"in yetirməsi olan Yon Bu Çondur.
"Donnarummanın xəyanətindən danışmaq gülüncdür"
"Nantes" klubunun yeni baş məşqçisi Klaudio Ranyeri "Milan"ın gənc qapıçısı Canluici Donnarumma ətrafında yaranmış situasiyanı şərh edib.
Məşhur idman telekanalı bağlanır?
"Doğuş Holding"in rəhbəri Ferit Şahenk NTV Spor-un bağlanacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. Şahenk telekanalın bağlanacağı ilə bağlı iddialara "NTV Spor-un bağlanmağı haqda xəbərlər oxuyuram.
"Çelsi" müdafiəçisini satdı
"Çelsi"nin müdafiəçisi Natan Ake ötən mövsüm icarədə oynadığı "Bournemouth"a keçib. 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yanvarda "zadəganlar"ın baş məşqçisi Antonio Konte onu icarədən geri çağırmışdı. Amma Premyer Liqa oyunlarında Ake cəmi 2 dəfə meydana çıxmışdı.
"Traktor"un Türkiyə toplanışı ləğv olundu
Təbrizin "Traktorsazi" klubunun ongünlük Türkiyə toplanışı ləğv edilib. Cənubi Azərbaycan təmsilçisi təlim-məşq toplanışını paytaxt Tehranda reallaşdıracaq. Təbriz komandasının Türkiyə toplanışının ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, dəyişikliyin İran hökümətinin siyasi amillərlə əlaqədar təzyiqindən irəli gəldiyi bildirilir. Qeyd edək ki, "Traktorsazi" hazırlıq məqsədi ilə iyulun 3-də Türkiyəyə səfər etməli idi. Təbriz təmsilçisinin orada "Beşiktaş" da daxil olmaqla, 3 yerli komanda ilə yoxlama matçı planlaşdırılmışdı.
Zidan oğlunu "Real"dan göndərdi
Zinəddin Zidanın oğlu Enzo karyerasını "Alaves"də davam etdirəcək. "Real"ın əvəzedici heyətində çıxış edən 22 yaşlı yarımmüdafiəçi bask klubu ilə 3 mövsümü əhatə edən müqavilə imzalayıb. Enzo Zidanın 4 oğlu arasında ən böyüyüdür. O, 2014-cü ildən "Real Madrid Castilla"da çıxış edirdi və 5 qolun müəllifi olmuşdu.
DÇ: Taekvondoçumuz yarımfinala yüksəldi
Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.
Federasiya təkzib etdi, Toğrulun baş məşqçisi isə "Yaxşı şərtlər təklif etdilər" dedi
Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdir və bu keçid mümkün deyil. Bunu Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib. Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan səbəblərə münasibət bildirib.














