PSJ təcrübəli futbolçusu ilə yollarını ayırır

PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta klubu tərk edir. 34 yaşlı havbek rəhbərliklə yeni müqavilə ətrafında danışıqlardan nəticə ala bilməyib. Ayın əvvəlində əldə olunmuş şifahi razılığa əsasən Motta daha bir mövsüm PSJ-də qalmalı, daha sonra əvəzedici komandanın məşqçisi olmalı idi.

Amma iyunun 29-u baş tutan görüşdə rəhbərlik fikrindən daşınıb. Motta isə danışıqları yarımçıq saxlayıb. Onun agenti də məsələnin 90% həll olunduğunu deyib. Təcrübəli futbolçu 2012-ci ildən Paris klubunda çıxış edirdi.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31