"Qarabağ" İtaliya klubunun futbolçusuna təklif göndərdi
Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır . İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalo tezliklə "Qarabağ"a keçə bilər. 23 yaşlı sol cinah oyunçusu Ağdam təmsilçisindən cəlbedici təklif alıb.
19 İyul 2017 17:42 İdmanQvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır . İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalo tezliklə "Qarabağ"a keçə bilər. 23 yaşlı sol cinah oyunçusu Ağdam təmsilçisindən cəlbedici təklif alıb. Hazırda "Palermo" rəhbərliyi təklifi nəzərdən keçirir. Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır. Baş məşqçi Zdenek Zeman Embalonun transfer olunmasını istəyir.
Qeyd edək ki, ötən mövsüm "Palermo" İtaliya A Seriyasını 26 xalla 19-cu pillədə tamamlayıb və aşağı liqaya enib. Karlos Embalo isə 12 oyunda forma geyinib. Report.az