İdman
“Qarabağ” - “Şerif” matçının vaxtı müəyyənləşdi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşib. Ağdam təmsilçisi Moldova çempionunu iyulun 25-də qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək.
Əliyar Ağayev Çempionlar Liqası matçını idarə etdi
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Oyunlardan birində FİFA referimiz Əliyar Ağayevda iş başında olub. Gənc hakim "Rosenborg" (Norveç) - "Dundalk" (İrlandiya) qarşılaşmasını idarə edib.
Azərbaycanlı boksçu ermənini məğlub edib Rusiya kubokuna sahib çıxdı
Əslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb. Tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.
Alvaro Morata: "Real"a yenidən qayıdacağımı düşünmürəm"
"Real Madrid"in hücumçusu Alvaro Morata karyerasını "Çelsi"də davam etdirəcək. "Zadəganlar" ispaniyalı forvardı 80 milyon avro qarşılığında heyətinə qatacaq. Morata London klubuna transferinə dair bunları deyib: "Çox sevinirəm. Tez bir zamanda "Çelsi"də olacağam. Bu klub məni həmişə heyran edib. "Real"a yenidən qayıdacağımı düşünmürəm. Bu, çətin məsələdir. Aydın məqsədim vardı.
Türkiyədə daha bir TRANSFER BOMBASI
Daha bir məşhur futbolçu Türkiyəyə gələ bilər. "Antalyaspor" "Arsenal"lı Jak Uilşereyə elçi düşüb. "10 nömrə" axtarışında olan Super Liqa klubu "Milan"dan Joze Sosa və "Sevilya"dan Ever Baneqadan sonra Uilşere ilə danışıqlara start verib. İngilis ulduzun Türkiyəyə gəlmək ehtimalı yüksəkdi.
Tomas Müller klubunu dəyişə bilər
“Bavariya”nın hücumçusu Tomas Müller tezliklə klubunu dəyişə bilər. Avropanın bir sıra nəhəng klubları onun xidmətində maraqlıdır. Xüsusən də “Liverpul”, “Çelsi”, “Arsenal” və “Yuventus” Almaniya yığmasının üzvünü heyətində görmək istəyir.
Valeriya Məmmədova: "Hər bir oyunçunun məqsədi olmalıdır"
Avropa Çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qubadakı təlim-məşq toplanışı davam edir. Komandamızın aparıcı oyunçularından olan Valeriya Məmmədova hazırlıq prosesindən danışıb.
"Qarabağ" məşqlərə başladı
Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia"nı mübarizədən kənarlaşdıran "Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb. Ağdam təmsilçisi dünən bir məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. "Samtredia" ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin nəticələri
Çempionlar Liqasını 2-ci təsnifat mərhələsində daha 10 komanda bir növbəti tura yüksəlib. 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "APOEL", "Rosenborg", "Kopenhagen", "Şerif", "Ludogorets", "Maribor", "Salzburq", "Seltik", "Legiya Varşava" və "Hapoel Bir Şeva" növbəti tura keçən komandalar oldu.
"Qəbələ" əks-hücumlarda təhlükəlidir" - "Yagelloniya"nın futbolçusu
"Azərbaycanda qazandığımız nəticə çox yaxşıdır. Ancaq hələ cavab oyunu var. Doğma meydanda göstərməliyik ki, əla komandayıq. Düşünürəm ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik". Bu sözləri Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya"nın futbolçusu Lukaş Burliqa deyib.
"Nice" müdafiə xəttini gücləndirdi
Fransanı Çempionlar Liqasında təmsil etməyə hazırlaşan "Nice" müdafiə xəttini gücləndirib. 33 yaşlı Kristof Jalle "Nice"nin heyətinə qoşulub. O, son olaraq "Lyon"da çıxış edib. Bu klubla 2018-ci ilin yayına kimi anlaşması olsa da, Jalle müqaviləni pozaraq "Nice"a azad agent kimi gəlib. Təcrübəli müdafiəçi karyerası ərzində "Lorient", PSG kimi klublarda da forma geyinib.
Tomas Müllerlə bir neçə klub maraqlanır
"Bayern Münhen"in hücumçusu Tomas Müller bir neçə klubun maraq dairəsinə düşüb. 27 yaşlı futbolçunun xidmətlərində "Arsenal", "Yuventus", "Çelsea" və "Liverpul" maraqlıdır. Müllerin transferində ən şanslı klub "Liverpul" hesab olunur. Məlumata görə Mülleri Yurqen Klopp şəxsən klubuna dəvət edir.
Riçard Almeyda: "Heç kim bizə mərhələni hədiyyə etməyəcək"
Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərə müsahibə verib.
"Qarabağ" İtaliya klubunun futbolçusuna təklif göndərdi
Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır . İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalo tezliklə "Qarabağ"a keçə bilər. 23 yaşlı sol cinah oyunçusu Ağdam təmsilçisindən cəlbedici təklif alıb.
Qara Qarayev: "Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik"
Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev bir sıra sualları cavablandırıb.














