İdman

"Qəbələ"dən sıçrayış

21 İyul 2017 13:51

Avropa Liqasının II təsnifat mərhələsindən sonra klubların reytinqi açıqlanıb. Siyahıda Avropanın 442 komandası yer alıb. Avropa Liqasında mərhələ adlayan "Qəbələ" hesabına 0,500 xal əlavə edib. Bununla, əmsalını 5,250-yə çatdıran təmsilçimiz 13 pilləlik sıçrayışa nail olub. Bir gün öncə Avropanın 181-cisi olan "Qəbələ" 168-ci yerə yüksəlib.

Sabah hava necə olacaq…

21 İyul 2017 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha olan hava proqnozu açıqlayıb. Qurumdan  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 11:35

Avropa Liqasının III təsnifat mərhələsinin cütləri müəyyənləşib. II təsnifat mərhələsinin dünən baş tutan cavab matçlarından sonra növbəti raundun 29 cütün dəqiqləşib.

"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"

20 İyul 2017 19:58

"Mançester Yunayted"in müdafiəçisi Fil Cons qarşıdakı mövsüm haqqında fikirlərini bölüşüb. İngilis futbolçu Premyer Liqada çempionluq mübarizəsi aparacaqlarını bildirib.

“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri

20 İyul 2017 19:53

"PSJ"-nin baş məşqçisi Unai Emeri "Barselona"nın futbolçusu Neymarı transfer etmək istədiklərini açıqlayıb. Bu barədə "L equipe"yə açıqlama verən 45 yaşlı çalışdırıcı braziliyalı hücumçunun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğunu söyləyib: "PSJ dünyanın ən yaxşı klublarında oynayan, ən güclü futbolçuları heyətinə qatmaq istəyir. Əgər Çempionlar Liqasını qazanmaq istəyiriksə, dünyanın ən yaxşı 5 futbolçusundan birini transfer etməliyik. Neymar belə futbolçulardandır. Ona ehtiyacımız var. Ancaq bu, asan deyil. Ola da bilər, olmaya da".

""Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"

20 İyul 2017 19:48

"Borussia"nın direktoru Hans-Yoahim Vatzke komandanın əsas qol silahı Pyer-Emerik Obameyanqın heç yerə getmədiyini təsdiqləyib. 58 yaşlı funksioner "Milan"ın qabonlu forvarda açıq marağını da qınayıb.

Roman Qriqorçuklu "Qəbələ"nin 30-cu sınağı

20 İyul 2017 19:43

Avropa Liqasının II təsnifat mərhələsinin "Yagelloniya" ilə bu gün Polşada keçiriləcək cavab oyunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Ukraynalı mütəxəssis "qırmızı-qaralar"ı 30-cu avrokubok matçına çıxaracaq.

Fabreqas: ""Arsenal"da oynadığım vaxtlar Terri heç xoşuma gəlmirdi"

20 İyul 2017 19:00

"Çelsi"nin yarımmüdafiəçisi Fransesk Fabreqas komandanın sabiq kapitanı Con Terribarədə danışıb. ispan futbolçu "Arsenal"da çıxı şetdiyi zaman ona antipatiya bəslədiyini etiraf edib.

Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

20 İyul 2017 18:18

Bu gün yeniyetmələrdən ibarət milli yığma komandamız Bolqarıstana yola düşür. Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran yığma 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq.

İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib

20 İyul 2017 17:22

İtaliyanın "Yuventus" və "Milan" klubları arasında futbolçu yerdəyişməsi baş verib. 24 yaşlı müdafiəçi Mattia De Şilyo "Yuventus"a keçib.

Ən bahalı gənc futbolçular açıqlandı

20 İyul 2017 17:12

"Soccerex" portalı 21 yaşdan aşağı futbolçuların ən bahalı olanlarını müəyyənləşdirib. Siyahı gənc futbolçuların faydalı iş göstəriciləri və oyun sayına əsasən tərtib olunub.

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

20 İyul 2017 16:48

Qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. İyulun 26-da və 29-da keçiriləcək görüşlər "Dalğa Arena"da baş tutacaq. Hər iki oyun saat 19:00-da başlayacaq. Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

"Arsenal"ın bir neçə futbolçusu qidadan zəhərləndi

20 İyul 2017 15:18

"Arsenal"ın bir neçə futbolçusu Çində qidadan yüngül zəhərlənib. Problemlə təxminən 4 futbolçu üzləşib. Baş məşqçiArsen Venqer onlara Beynəlxalq Çempionlar Kubokunda "Bayern Munich"ə qarşı görüşdə tam oynamağa imkan yaratmayıb. Təcrübəli mütəxəsis futbolçuların vəziyyəti pisləşməsin deyə bu addımı atdığını bildirib. Zəhərlənən futbolçular Per Mertezaker, Olivye Jiru, Teo Uolkott və Zead Kolaşinats olub.

Marko Verratti "PSJ"-ni qıcıqlandıran agentini dəyişdi

20 İyul 2017 15:00

"Barcelona"nın transfer etməyə çalışdığı Marko Verratti agentini dəyişib. 24 yaşlı yarımmüdafiəçi məşhur menecer Mino Rayola ilə çalışacaq. Verratti İnstagram səhifəsindən sabiq agenti Donato Di Kampliyə gördüyü işlərə görə təşəkkür edib. "Elan etmək istəyirəm ki, bu gündən etibarən idman maraqlarımı təmin edən yeganə şəxs Mino Rayoladır" - italyan futbolçu yazıb.