"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"
"Mançester Yunayted"in müdafiəçisi Fil Cons qarşıdakı mövsüm haqqında fikirlərini bölüşüb. İngilis futbolçu Premyer Liqada çempionluq mübarizəsi aparacaqlarını bildirib.
20 İyul 2017 19:58 İdman"Mançester Yunayted"in müdafiəçisi Fil Cons qarşıdakı mövsüm haqqında fikirlərini bölüşüb. İngilis futbolçu Premyer Liqada çempionluq mübarizəsi aparacaqlarını bildirib.
"Mançester Yunayted" öz yerinə yavaş-yavaş, amma düzgün şəkildə qayıdır. Buna zaman getdi. Amma inkişaf göz qabağındadır. Ümid edirəm ki, yeni mövsümdə "Old Trafford"da meydana çıxan rəqiblər onları ağır 90 dəqiqə gözlədiyini başa düşəcək. Ötən mövsüm Premyer Liqada göstərdiyimiz nəticə istənilən kimi olmadı. Əvəzində Avropa Liqasının qalibi olduq. Ona görə hər şey elə də pis deyil. Şübhəsiz, bu il çempionluq mübarizəsi aparacağıq. İndiki heyət buna hazırdır. Lindelöf və Lukaku ilə komandamız daha da güclənib". Goal.az