“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri
"PSJ"-nin baş məşqçisi Unai Emeri "Barselona"nın futbolçusu Neymarı transfer etmək istədiklərini açıqlayıb. Bu barədə "L equipe"yə açıqlama verən 45 yaşlı çalışdırıcı braziliyalı hücumçunun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğunu söyləyib: "PSJ dünyanın ən yaxşı klublarında oynayan, ən güclü futbolçuları heyətinə qatmaq istəyir. Əgər Çempionlar Liqasını qazanmaq istəyiriksə, dünyanın ən yaxşı 5 futbolçusundan birini transfer etməliyik. Neymar belə futbolçulardandır. Ona ehtiyacımız var. Ancaq bu, asan deyil. Ola da bilər, olmaya da".
20 İyul 2017 19:53 İdman"PSJ"-nin baş məşqçisi Unai Emeri "Barselona"nın futbolçusu Neymarı transfer etmək istədiklərini açıqlayıb. Bu barədə "L equipe"yə açıqlama verən 45 yaşlı çalışdırıcı braziliyalı hücumçunun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğunu söyləyib: "PSJ dünyanın ən yaxşı klublarında oynayan, ən güclü futbolçuları heyətinə qatmaq istəyir. Əgər Çempionlar Liqasını qazanmaq istəyiriksə, dünyanın ən yaxşı 5 futbolçusundan birini transfer etməliyik. Neymar belə futbolçulardandır. Ona ehtiyacımız var. Ancaq bu, asan deyil. Ola da bilər, olmaya da".
Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin Neymar üçün 222 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Kataloniya klubunun vitse-prezidenti Xordi Mestre isə Neymarın "Barselona"dan ayrılmayacağını açıqlayıb. Qol.az