Alvaro Morata: "Real"a yenidən qayıdacağımı düşünmürəm"
"Real Madrid"in hücumçusu Alvaro Morata karyerasını "Çelsi"də davam etdirəcək. "Zadəganlar" ispaniyalı forvardı 80 milyon avro qarşılığında heyətinə qatacaq. Morata London klubuna transferinə dair bunları deyib: "Çox sevinirəm. Tez bir zamanda "Çelsi"də olacağam. Bu klub məni həmişə heyran edib. "Real"a yenidən qayıdacağımı düşünmürəm. Bu, çətin məsələdir. Aydın məqsədim vardı.
20 İyul 2017 12:01 İdman"Real Madrid"in hücumçusu Alvaro Morata karyerasını "Çelsi"də davam etdirəcək. "Zadəganlar" ispaniyalı forvardı 80 milyon avro qarşılığında heyətinə qatacaq. Morata London klubuna transferinə dair bunları deyib: "Çox sevinirəm. Tez bir zamanda "Çelsi"də olacağam. Bu klub məni həmişə heyran edib. "Real"a yenidən qayıdacağımı düşünmürəm. Bu, çətin məsələdir. Aydın məqsədim vardı. Klubumu dəyişmək istəyirdim. Mövsümöncəsi hazırlıq qəribə keçdi. Ümid edirəm ki, "Çelsi"də hər şey alınacaq. Hələ artıra bilərəm. Belə fikirdə olmasam, "Real"dan getməzdim. Zidana təşəkkür etdim və yeni mövsümdə ona uğurlar arzuladım. Növbəti dəfə məni dəstəkləyən komandanın bütün azarkeşlərinə minnətdaram. "Real"a hər zaman hər şeyin ən yaxşısını arzulayacağam".
Qeyd edək ki, Moratanın "Çelsi" ilə 5 illik müqavilə imzalaması gözlənilir. Onun məvacibi isə 9 milyon avro təşkil edəcək. Sia.az