İdman
Neymar "Barselona"da komanda yoldaşları ilə sağollaşıb
“Barselona” Neymarın klubu tərk etmək istədiyini açıqlayıb. 25 yaşlı braziliyalı hücumçu klub rəhbərliyindən icazə alaraq komandanın bu gün səhər baş tutan məşqində iştirak etməyib: “Neymar səhər məşqindən əvvəl karyerasını “Barselona”da davam etdirmək istəmədiyini açıqlayıb. Ona görə də futbolçuya gələcək karyerası ilə bağlı işlərini qaydasına salması üçün məşqdə iştirak etməməyə icazə verilib. Neymar komanda yoldaşları ilə sağollaşıb".
Aqil Abbas: “Moldovada sübut etdik ki, “Qarabağ” “Qarabağ”dır”
"Mən ilk oyundan sonra qəzetdə də yazmışdım. “Qarabağ”ın ikinci oyunda qalib gələcəyini demişdim. Mən bütün uşaqlara və Qurban Qurbanova inanırdım. Onlar hamısı mənim balalarım, əzizlərimdi. Onlar gedib Moldovada sübut etdilər ki, “Qarabağ” “Qarabağ”dır. Azərbaycanda bu gün iki komandanın səviyyəsi yüksəkdir: “Qarabağ” və “Qəbələ”. Əvvəllər isə güclü komandalar çox idi. Məsələn, “İnter”, “Xəzər Lənkəran”, "Simurq"" – bu sözləri millət vəkili, əməkdar jurnalist Aqil Abbas Publika.az-a “Qarabağ”ın qələbəsini şərh edərkən deyib.
Neymar “Barselona” ilə vidalaşdı
"Barselona"nın hücumçusu Neymar komandanın səhər məşqinə qatılmayıb. "PSJ" ilə anlaşan braziliyalının "Barselona"ya yollanmaqda məqsədi komandaya qoşulmaq olmayıb. Belə ki, "sambaçı" məşq zamanı bazaya daxil olsa da, baş məşqçi Ernesto Valverdedən icazə alaraq, yarım saat ərzində oranı tərk edib. 25 yaşlı forvardın həmçinin komanda yoldaşları ilə də vidalaşdığı vurğulanıb.
Neymarın atasına bonus ödənilməsi müvəqqəti dondurulub
"Barselona" Neymarın atasına 26 milyon avro bonus ödəməkdə tələsmir. Katalonlar bu məbləği notariusa yönəldərək Neymarın "PSJ" klubuna transfer məsələsinin sonunu gözləyəcək. Braziliyalı ulduz "Barsa"da qalsa, atası 26 milyonu alacaq.Əks halda, pul öncədən nəzərdə tutulmuş hesaba köçürülməyəcək. Bu bonus "sambaçı"nın 2021-ci ilə qədər imzaladığı müqaviləyə görə nəzərdə tutulub.
Moskvada hərbi poliqonda Azərbaycanın mədəniyyət nümunələri nümayiş olunub
Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.
“Panatinaikos” 21 futbolçu ilə gəlir
UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos"un heyəti müəyyənləşib. Afina təmsilçisi Bakıya 21 futbolçu ilə gələcək. Baş məşqçi Marinos Ozunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib. Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxanLuk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə "Qəbələ"yə qarşı oynamaq imkanı əldə ediblər. Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.
“Qarabağ”ı gözləyən “ölüm qrup”u
Çempionlar Liqasının qrup mərhələsinin təxmini səbətləri açıqlanıb. III təsnifat mərhələsinin cavab oyunları başa çatmamış əsas raundun 32 iştirakçısının yer ala biləcəyi təxmini "səkkizlik" bəllidi. Yarışa birbaşa qrupdan başlayacaq 22 komandanın burada iştirakı dəqiqdi. Digər 10 komanda isə reytinqinə görə siyahıya daxil edilib. Bu üzdən də təsnifatdan mübarizəyə başlayan və əmsalı aşağı olan (18,050) "Qarabağ"ın adı "32-lik"də yoxdu.
"Qarabağ" İtaliya "İnter"ini arxada qoydu
UEFA-nın klub reytinqi açıqlanıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şerif"i 2:1 hesabı ilə yenən "Qarabağ" aktivini daha da zənginləşdirib. Azərbaycan çempionu Moldovada 2:1 hesabı ilə qalib gəlib.
Qurban Qurbanov: "Futbolçular layiqli qələbə qazandılar"
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə "Şerif"i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Fətulla Gülənin "əsgər"lərinin məhkəməsi başlandı - VIDEO
Türkiyədə hərbi çevriliş cəhdində suçlanan hərbçilərin məhkəməsi başlanıb. Dünən paytaxt Ankaranın yaxınlığındakı Sincan şəhərindəki məhkəmə binasındakı prosesə 41 sabiq hərbçi gətirilib. Məhkəmə zalına aparılanlar arasında Kamal Batmaz və Akın Öztürk də vardı. Müttəhimlər kürsüsündə oturan şəxslər hərbi və dövlət çevrilişlərinə cəhdlə yanaşı, qətllər, Konstitusiyanı zorla dəyişmək və dövlət başçısını qətlə yetirmək istəyində suçlanırlar. Sincan həbsxana kompleksində yerləşən və Türkiyənin ən böyük məhkəməsi sayılan binada keçirilən proseslə bağlı ümumilikdə 486 nəfər məsuliyyətə cəlb olunub. Türkiyədə edam cəzası 2004-cü ildə ləğv olunduğundan bu şəxslərin tam əksəriyyətini ömürlük həbs cəzası gözləyir.
"Qarabağ" nə qədər qazandı?
UEFA Çempionlar Liqasında pley-off-a vəsiqə qazanan "Qarabağ" maddi cəhətdən də xeyli irəli düşüb. Qitənin ən nüfuzlu klub turnirinə 2-ci mərhələdən start verən Ağdam klubu 3 milyon 320 min avro qazanıb. İkinci mərhələdə Gürcüstan "Samtredia"sını məğlub edən "Qarabağ" 320 min avronu əl etmişdisə, dünən "Şerif" üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırıb.
Güləşçimiz finalda ermənini udub dünya çempionu oldu
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib.
Bakıda atıcılıq üzrə Avropa çempionatının 13-cü günü başladı
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının 13-cü günü start götürür. Bu mötəbər çempionatın yarışları avqustun 3-nə qədər davam edəcək.
"Qarabağ"ın rəqibi nə vaxt müəyyənləşəcək?
Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ" növbəti rəqibi bu həftə müəyyənləşəcək. "Play-off"un püşkatma mərasimi avqustun 4-ü, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək. Təmsilçimizin potensial rəqibləri ilə yanaşı, püşk zamanı səpələnmişlər, yaxud səpələnməmişlər arasında yer alacağı da məlum deyil.














