İdman
"Qarabağ"ın tarixi qələbəsinin - VİDEOSU
“Qarabağ” İtaliya “İnter”ini arxada qoydu
Qələbənin FOTOSU
"Qarabağ” az vurdu, "saz" vurdu - STATİSTİKA
Güləşçimiz erməni rəqibini məğlub etdi
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb.
ŞOK! Millimizin sabiq baş məşqçisi pedofilliyə görə həbs olundu
"Bavariya"da yeni idman direktoru
"Bavariya"nın yeni idman direktoru müəyyənləşib. Bu vəzifəyə klubun sabiq yarımmüdafiəçisi Hasan Salihamiciç təyin edilib. 40 yaşlı sabiq oyunçu ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə 2016-cı ilin iyul ayında istefa verən Mattias Zammeri əvəzləyib.
"Panathinaikos"un heyətində ciddi itki
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ"nin qonağı olacaq Yunanıstan "Panatinaikos"u ciddi itki ilə üzləşib. Əməliyyat olunan vitse-kapitan Georges Kutrumbisnövbəti oyunu buraxmalı olacaq.
Kapitanlıq sarğısı Selçukdan alındı
"Qalatasaray"ın yeni mövsümdən kapitanı dəyişəcək. Kapitanlıq sarğısı Selçuk İnandan Fernando Musleraya verilib. 31 yaşlı qolkiper əsas kapitan kimi "Kaysərispor" matçında debüt edəcək. Bunun yeganə səbəbi Selçuk İnanın optimal formadan xeyli uzaq olmasıdır.
“Neftçi” daha bir məşhur alman klubu ilə üz-üzə
"Neftçi"nin Avstriya toplanışı çərçivəsində Almaniyanın "Herta" klubu ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq.
İsveç millisi Avropa çempionu olob
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında İsveç millisi 1711 xal toplayaraq qalib gəlib.
"Qalatasaray” “Osmanlıspor”un futbolçusunu transfer edir
"Qalatasaray”ın transfer etmək istədiyi “Osmanlıspor”un futbolçusu Badu Ndiaye tibbi müayinədən keçib. Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Seneqallı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir. Bu transfer üçün "Qalatasaray"ın 7.5 milyon avro ödəyəcəyi bildirilir.
Qadın yığmamız almaniyalı həmkarları ilə qarşılaşacaq
Avqustun 20-26-da qadın şahmatçılardan ibarət Azərbaycan millisi almaniyalı həmkarları ilə yoldaşlıq görüşü keçiriləcək. 5 lövhədə matç AŞF-nin binasında Sheveningen sistemi üzrə olacaq.
Millimizin üzvü "qara siyahı"da
"Bursaspor"un baş məşqçisi Pol Le Quenin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünü "qara siyahı"ya əlavə edib. Millimizin üzvünün performansı fransalı mütəxəssisi qane etmir. Ozan Canla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnək səhər məşqini əsas komandadan ayrı çalışıblar. Adları çəkilən oyunçular əvəzedici heyətdə çalışacaqlar.
UEFA "Mançester Yunayted"in iki oyunçusunu cəzalandırdı
UEFA "Mançester Yunayted"in futbolçuları Fil Cons və Deyli Blində cəza tətbiq edib. F.Cons ötən mövsüm Avropa Liqasının finalında "Ayaks"la matçdan (2:0) sonra ondan dopinqi-test üçün nümunə almaq istəyən işçiləri təhqir etdiyi üçün 2 oyunluq cəzalandırılıb və 5 min avro məbləğində cərimələnib.














